Kadr hazırlığı xərclərinin maliyyələşdirilməsi
( Ali məktəblərin xərc smetaları)
Kadrların hazırlanması
professional texniki liseylər, bir peşə və orta ixtisas
müəssisələri və ali məktəblər həyata keçirirlər.
Hazırda müəssisələrin bir qisminin bağlanması,
bir qisminin elmi- texniki
tərəqqi əsasında avtomatlaşdırılması işsizlər ordusunu yaratmışdır. Investisiya
qoyuluşu nəticəsində yeni iş yerlərinin açılması və nəticədə kadrların
yenidən
hazırlanması məsələsi qarşıya çıxmışdır.
Ölkəmizdə dövlət və qeyri- dövlət ali təhsil sistemi formalaşır. Büdcə vəsaitləri
yalnız dövlət təhsil müəssisələrinə yönəldilir. Dövlət təhsil məktəblərini demək
olar ki, hansı təhsilin müəyyən hissəsini ödənişli həyata keçirir. Təhsil müəssisələri
iqtisadiyyatın və qeyri- istehsal sferasının
bütün sahələri üçün kadrlar
hazırlayırlar.
Təhsil aşağıdakı formada həyata keçirilir: gündüz, axşam, qiyabi.
Ali məktəblərə xərclər hər bir təhsil müəssəsinə görə , onların
spesifik
xüsusiyyətləri nəzərə alınmaqla tələbələrin orta illik sayı , maddi təminat
normaları, professor- müəllim heyətinin vəzifə maaşları
və digər göstəricilər
əsasında müəyyən edilir.
Ali məktəbin əsas maliyyə sənədi smetadır. O büdcə xərclərinin ümumi həcmini
, məqsədli istiqamətini və rüblər üzrə bölgüsünü müəyyən edir.
Nazirlik tabeliyində olan ali məktəblərə əmək haqqı fonduna ayırmaları,
stipendiya, avadanlıq və inventarların alınmasının smetasını təsdiq edir. Ali
məktəblərin nəzdində fəaliyyət
göstərən magistratura , aspirantura və
dokturantura,eləcə də kafedraların elmi işləri ilə bağlı
xərcləri də daxil edilməklə
ali məktəblərin xərclər smetasına aid edilir.
Digər məsrəflər üzrə xərclər” Digər xərclər” bölməsinə aid edilir və ali
məktəbin
direktoru tərəfindən , xərclərin ümumi məbləği hüdudunda bölüşdürülür.
Smetada təhsil müəssisəsi, maddi- texniki bazası haqqında ümumi məlumatlar əks
olunur. Icmal planlaşdırma zamanı xərclər hər bir tələbəyə hesablanmış norma
əsasında hesablanır. Bunun üçün plan ilində buraxılış və qəbul nəzərə alınmaqla
tələbələrin kontingenti müəyyən edilir. Hesablama ayrılıqda gündüz,
axşam və
qiyabi təhsil üzrə aparılır.
Tələbələrin orta illik sayıaşağıdakı formula üzrə hesablanır:
Q
B
K
K
or
3
1
2
1
1
Dostları ilə paylaş: