Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə90/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   86   87   88   89   90   91   92   93   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
105


9. Tədris və digər xərclər bir il ərzində bir nəfər şagirdə düşən xərc norması üzrə 
müəyyən olunur. 
10.Məktəb- 
internatlarda uşaqların saxlanılması xərcləri büdcədən 
maliyyələşdirilir. 
11. Məktəb- internatlardakı sair xərclər planlaşdırılarkən, onların tərkibinə tərbiyə 
alanların ehtiyac xərcləri , gediş haqları , həmçinin onların arasında mədəni- 
kütləvi işlərin aparılması xərcləri daxil edilir. 
12. İcmal planlaşdırmada ümumi orta təhsil məktəblərindən fərqli olaraq ( burada 
xərclər hər bir sinif üzrə hesablanır) məktəb- internatda xərclər bir nəfər tərbiyə 
alana çəkilən orta xərc üzrə müəyyən olunur. 
Internat məktəblərinin direktorlarının vəzifə maaşları, müəllimlərin əmək haqqı, 
əlavə ödənişlər ümumtəhsil məktəblərində olduğu kimidir. 
Məktəbəqədər uşaq müəssisələri tərbiyə olunan uşaqların tərkibinə görə
ümumi və xüsusi tipli olur. Xüsusi tipli məktəbəqədər uşaq müəssisələrində əqli 
və ya fiziki inkişafında qüsuru olan , uzunmüddətli müalicəyə ehtiyacı olan
uşaqlar tərbiyə olunur. 
Məktəbəqədər uşaq müəssisələri təhsil orqanları, müəssisələr, təsərrüfat 
təşkilatları tərəfindən yaradıla bilər. Tabeçiliyindən asılı olmayaraq onlara 
metodiki rəhbərliyi təhdil orqanları həyata keçirirlər. Daha çox geniş yayılmış
uşaq bağçalarının iş rejimi 9 – 11 saatdır, xüsusi qruplarda iş rejimi 12- 24 saat ola 
bilər. 
Məktəbəqədər 
uşaq 
müəssisələrinin 
maliyyələşdirilməsinin 
müəyyən 
xüsusiyyətləri vardır: 
1. Uşaq bağçalarının saxlanmasına çəkilən xərclər uşaqların orta illik sayından, 
qrupların sayından və bir uşağın uşaq müəssisələrində qalma müddətindən asılıdır. 
Planlaşdırma üçün əsas göstərici uşaqların uşaq bağçasındakı orta illik sayıdır. 
2. Uşaq bağçalarında xərclərin hesablanması üçün uşaqların ilin əvvəlinə sayını və 
orta illik kontingenti müəyyən etmək lazımdır. Bu kontingent uşaqların ( 
qrupların) ilin əvvəlinə sayı və plan dövründə onun dəyişməsi əsasında müəyyən 
edilir. 
3. Əmək haqqı xərcləri təsdiq edilmiş ştat cədvəlinə əsasən və vəzifə maaşlarının
ödəniş dərəcəsi əsasında planlaşdırılır. Ştat vahidi qrupun sayı və uşaqların 
bağçada qalma günlərinin sayı əsasında müəyyən edilir. Məktəbəqədər uşaq 
müəssisələri və uşaq evlərinin müdirlərinin vəzifə maaşları qrupların və uşaqların 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin