Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə88/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   84   85   86   87   88   89   90   91   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
103


ödənilir. Yuxarı siniflərə, yəni V- XI siniflərə rəhbərlik həvalə edilən müəllimə bir 
stavka üzrə aylıq əmək haqqının 20%- i miqdarında əlavə haqq ödənilir. 
Bütün tipdən olan ümumtəhsil məktəblərinin I- IV sinif müəllimlərinə yazı 
işlərinə görə dəftər yoxlanması üçün bir stavkanın 10%- i miqdarında haqq 
ödənilir. Bu haqq dərs yükünün həcmindən asılı olmayaraq əsas müəllimə verilir. 
Sinifdə şagirdlərin sayı 10 nəfərdən az olduqda yazı işlərinin yoxlanması üçün
nəzərdə tutulan məbləğin 50%- i ödənilir. Ümumtəhsil məktəblərinin V- XI 
siniflərində ana dili və ədəbiyyat üzrə yazı işlərinin yoxlanması üçün müvafiq 
müəllim stavka məbləğinin 15%- i, riyaziyyat, xarici dil və stenoqrafiya üzrə isə 
10%- i miqdarında əlavə haqq ödənilir.
Tədris kabinetinin müdirinə stavka və ya vəzifə maaşının 10%- i miqdarında 
əlavə haqq ödənilir. 
7- 8 illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində şagirdlərin sayı
50- yə qədər olduqda məktəbə rəhbərlik edən müəllimə stavkanın 15%- i 
miqdarında əlavə haqqı ödənilir. Həmin məktəblərdə şagirdlərin sayı 15- 200 
olduqda tədris hissə müdirinə 20% miqdarında əlavə haqq ödənilir. 
Xərclərin strukturunda tədris xərcləri mühüm yer tutur. Buraya tədris işlərinə, 
kabinetlərə alınan vəsaitlər, yazı dəftərxana ləvazimatı, xırda idman inventarı , 
tədris məqsədilə aparılan ekspedisiya və digər məqsədlərə çəkilən xərclər
daxildir. Kitabxana fondunun yaradılması , yeniləşdirilməsi və kitablarla təmin 
olunmasına vəsait ayrılır.
Məktəbin smetasında avadanlıqların və inventarların alınması və əsaslı təmir 
xərcləri də nəzərdə tutulur. Planlaşdırılan il üçün məktəblərin avadanlıq və 
inventara tələbatı məktəbin tədris ilinin əvvəlinə təminatı bir məktəbə və ya bir 
şagirdə düşən normaya uyğun olaraq plan dövründə onun yeniləşdirilməsinin 
zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. 
Icmal planlaşdırma zamanı əsaslı təmirə çəkilən xərclər məktəbin ümumi xarici 
görünüşünün kubaturasına düşən norma üzrə hesablanır. Bu məqsədlərə ayrılan 
vəsait hesabına məktəbdə rekonstruksiya işləri aparıla bilər. Məktəbi 
genişləndirmək, sinif otaqlarını yenidən qurmaq mümkündür. 
Yeni məktəblərin tikintisi müvafiq yerli orqanların büdcələrinə ayrılan vəsait və 
ya mərkəzləşdirilmiş fondlardan ayrılan vəsait hesabına həyata keçirilir. 
Ümumtəhsil məktəblərinin xərclərinə həmçinin təsərrüfat xidmətlərinə çəkilən 
xərclər və ezamiyyə xərcləri daxildir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin