Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə84/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   80   81   82   83   84   85   86   87   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
99


-
Məktəbin təsərrüfatından, şagirdlərin əmək haqqı istisna olmaqla 
məktəbyanı sahəsində əldə edilən və s. vəsaitlər. 
Məktəblər tədrisə zərər yetirməmək şərtilə pullu xidmətlər göstərməklə gəlir 
əldə etmək hüququna malikdirlər.
Ümumtəhsil məktəblərinin saxlanması xərcləri təhsilə çəliklən xərclərin əsas 
hissəsini təşkil edir. 
Ümumtəhsil məktəblərinə çəkilən xərclər aşağıdakılardır: 
-
cari xərclər 
-
avadanlıq və inventarların alınması 
-
əsaslı təmir 
-
yeni binaların alınması. 
Cari xərclərə pedaqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı, tədris , 
dəftərxana və təsərrüfat xərcləri, ezamiyyət , xidməti səfərlər xərcləri və s. aiddir. 
Məktəblərin saxlanmasına çəkilən xərclər iki əsas göstərici əsasında hesablanır: 
1)
şagirdlərin sayı 
2)
sıxlıq norması əsasında təyin edilən siniflərin sayı. 
1. Məktəbə çəkilən xərclər planlaşdırılarkən ilk növbədə şagirdlərin kontingenti, 
sonra siniflərin sayı, pedaqoji dərəcələr , təmir işlərinin həcmi və digər göstəricilər 
müəyyən edilir. 
Tədris ili təqvim ilinə uyğun gəlmir, il ərzində şagirdlərin və siniflərin sayı 
dəyişilir.Büdcədən maliyyələşməni düzgün aparmaq üçün şagirdlərin və siniflərin 
orta illik sayını hesablamaq lazımdır. Şagirdlərin orta illik sayını hesablamaq üçün 
tədris ilində buraxılışı və yeni qəbulu nəzərə almaqla 1 sentyabr və 1 yanvar 
vəziyyətinə şagirdlərin sayını müəyyən etmək lazımdır. 
Birinci sinfə qəbul sentyabrın 1- nə məktəb yaşı çatmış ( 6 yaş) uşaqların sayına 
əsasən , beşinci sinfə isə ibtidai təhsili bitirmiş şagirdlərin sayına görə 
planlaşdırılır. Onuncu sinfə qəbul isə təhsil bazasında yaranmış orta texniki – peşə 
məktəbləri və digər tədris məktəblərinə şagird qəbulu nəzərə alınmaqla, 
doqquzuncu sinfi bitirmiş şagirdlərin sayı əsasında planlaşdırılır. Başqa siniflərə 
görə şagird kontingenti bir sinifdən digər sinfə keçirilmiş və digər sinifdə qalmış 
şagirdlərin sayı əsasında müəyyən edilir.
Siniflərin miqdarı sinif qrupları üzrə,yəni I- IV, V- IX, X- XI siniflər üzrə 
müəyyən olunur. Siniflərin sayı həm sinif qrupu üzrə şagirdlərin mövcud 
kontingenti və qanunvericiliklə hər sinif üçün təyin olunmuş sıxlıq norması 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin