müxtəlif səpgidə,köməklik göstərən və onlara rəhbərlik edən idarə, müəssisə və
təşkilatlar daxildir.
Respublikamızda 2000- 2001- ci tədris ilində fəaliyyət göstərən 1790
məktəbəqədər müəssisədə 3 min nəfərlik uşağın tərbiyə ilə 32 min işçi, 16 min
pedaqoji işçi məşğul olmuşdur.
Azərbaycan təhsil sistemində ümumtəhsil məktəblərinin xüsusi yeri vardır.
Ümumtəhsil məktəbləri geniş şəbəkəyə malikdir. 2000- 2001- ci tədris ilində
respublikada fəaliyyət göstərən 4548 ümumtəhsil məktəbində təhsil alan 1654
min nəfər şagirdin təlim – tərbiyəsi ilə 165 min nəfər müəllim məşğul olub.
Ümumtəhsil məktəbləri ilə yanaşı respublikada peşə təhsili müəssisələri də
fəaliyyət göstərir. 2000 – 2001 – ci tədris ilində 119 peşə təhsili müəssisəsində 25
min nəfər gənc müxtəlif peşələr üzrə təhsillərini davam etdirmişlər. Peşə
məktəbləri və peşə liseylərində gənclərin təlim- tərbiyəsi ilə 3,5 min nəfərə yaxın
mühəndis – pedoqoji işçi məşğul olmuşdur.
2000- 2001- c tədris ilində respublikamızda 68 dövlət, 3 qeyri- dövlət (özəl)
orta ixtisas məktəbi fəaliyyət göstərmişdir. Dövlət orta ixtisas məktəblərində 41,2
min nəfər tələbənin təlim- tərbiyəsi ilə 5316 nəfər pedaqoji işçi məşğul olub.
Ali məktəb müəssisələri də respublikamızın həyatında mühüm əhəmiyyət kəsb
edir. 2000- 2001 – ci tədris ilində respublikamızda 25 dövlət ,17 qeyri- dövlət(
özəl) ali təhsil müəssisəsi fəaliyyət göstərmişdir. Ali təhsil müəssisələrində 119,7
min nəfərdən çox tələbə təhsil almış,həmin tələbələrin təhsili ilə 13,3 min
nəfərədək professor- müəllim heyəti məşğul olmuşdur.
Dostları ilə paylaş: