Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq “ Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının qanunu yerli özünüidarəetməni
həyata keçirmək üçün yerli dövlət təminatlarını müəyyənləşdirmişdir.
Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının məqsədi dövlətin həyata
keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan məqsədləri və yerli
əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil,
səhiyyə, mədəniyyət, yaşayış və qeyri- yaşayış binalarının saxlanması və istifadə
edilməsi, mənzil tikintisi, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili,
informasiya xidmətini təşkili , KYV fəaliyyəti üçün şərait yaradılması və yerli
infrastrukturunun digər sahələrini əhatə edir.
Mənzil- kommunal təsərrüfatının maliyyələşdirilməsi.
Müasir cəmiyyətdə insan fəaliyyətinin əsas sahələrindən biri mənzil –
kommunal təsərrüfatıdır. Şəhər insanların məskunlaşdığı əsas yaşayış yerli
olmuşdur. Müasir şəhərlərdə insanlar kommunal təsərrüfatının müxtəlif
xidmətlərindən istifadə edirlər. Müasir istehsal da MKT – nin xidməti olmadan
fəaliyyət göstərə bilmir. MKT işçilərə həyat şəraiti yaradır, sənaye və tikinti
müəssisələrini qaz , su , istilik və elektrik enerjisi ilə təmin edir və bununla belə
istehsal prosesində iştirak edir.
Əhalinin normal həyat fəaliyyətini təmin edilməsi üçün şəhərlərin
abadlaşdırılmasını ( yollar, işıqlandırma, yaşıllaşdırma,ərazinin təmizlənməsi,
zibillərin tullanması) mühüm əhəmiyyəti vardır. MKT- nin xidmətləri – maddi
istehsal və işçi qüvvəsinin işlə təminatının əsas amilidir.
Ölkənin xalq təsərrüfatının mühüm hissəsi olmaqla MKT özünün fəaliyyəti və
inkişafı üçün müəyyən həcmdə maliyyə vəsaiti tələb edir. Bu sahə büdcə ilə
münasibətdədir.
Mənzil- kommunal təsərrüfatına aşağıdakılar daxildir:
- mənzil təsərrüfatı;
- su kəməri;
- kanalizasiya təsərrüfatı.
- istilik- enerji təsərrüfatı;
- yaşıllaşdırma;
-yaşayış yerlərinin abadlaşdırlması.
Dostları ilə paylaş: