Iqtisadiyyatın, o cümlədən maddi istehsalın inkişafında
dövlət büdcəsinin
böyük rolu vardır. Dövlət büdcəsindən ayrılan real investisiyalar müəssisələrin
dinamik inkişafını təmin edir və aşağıdakı vəzifələri yerinə yetirməyə imkan verir:
1) maliyyə və maddi ehtiyatlar hesabına sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi.
2) yeni müəssisələrin yaradılması.
3) yeni biznes sahələrinin mənimsənilməsi nəticəsində diversifikasiya.
Investisiya fəaliyyətinin
subyektlərini investorlar, sifarişçilər, iş icraçıları,
investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri təşkil edirlər.
İnvestorlar uzun müddətli investisiya qoyuluşu formasında xüsusi, borc və cəlb
edilmiş vəsaitin məqsədli istifadəsini təmin edirlər.
Sifarişçilər investorlar, həmçinin investora məxsus
investisiya layihələrinin
həyata keçirilməsinə səlahiyyəti çatan hər hansı fiziki və hüquqi şəxslər ola
bilərlər. Əgər sifarişçi investor deyilsə, o müqavilə
ilə müəyyən olunmuş
investisiyalardan müəyyən dövr və səlahiyyət çərçivəsində istifadə və sərəncam
vermək hüququna malikdir.
Investisiya fəaliyyətinin istifadə obyektləri investorlar,
həmçinin investisiya
fəaliyyəti obyektləri yaradan hüquqi və fiziki şəxslər dövlət və bələdiyyə orqanları,
xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilərlər.
Azərbaycan Respublikasında investisiya fəaliyyəti obyektləri aşağıdakılardır:
-
iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilmiş əsas
fondlar;
-
qiymətli kağızlar;
-
elmi- texniki məhsul və mülkiyyətin digər obyektləri;
-
əmlak hüququ və intellektual mülkiyyət hüququ.
Azərbaycan Respublikasının dövlət investisiya
siyasəti sahəsində iqtisadi
islahatların keçirildiyi dövrdə ciddi dəyişikliklər baş vermişdir. Büdcədən əsaslı
tikintiyə vəsaitin azaldılması ilə yanaşı müəssisələrin və digər mənbələr hesabına
yaranan büdcədənkənar fondların bu sahələrə kapital qoyuluşu artmışdır.
Hazırda kapital qoyuluşu məqsədli proqramların maliyyələşdirilməsinə
yönəldilir. Məqsədli proqramların həyata keçirilməsi nəticəsində təsərrüfatın
mühüm sahələrinə maliyyə vəsaiti ayırması imkanları da genişlənir.
Bir
çox müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi,
büdcə
maliyyələşdirilməsinin kəskin azalması, yüksək faiz dərəcəsi şəraitində
uzunmüddətli kreditlərin alınmasındakı çətinliklər,
təsərrüfat fəaliyyətinin
Dostları ilə paylaş: