Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Təhsil üzrə büdcə xərclərinin sosial- mahiyyəti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə82/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   78   79   80   81   82   83   84   85   ...   155
Büdcə Sistemi

Təhsil üzrə büdcə xərclərinin sosial- mahiyyəti. 
Müstəqil 
dövlət 
quruculuğu 
şəraitində 
müstəqil 
təhsil 
siyasəti 
yeridilməsinə,sovet təhsil sisteminin stereotiplərinidən uzaqlaşmaq ölkəmizin yeni 
müstəqil təhsil sisteminə keçilməsinə və bu məqsədlə yeni təhsil konsepsiyasının 
hazırlanmasına böyük ehtiyac vardır. 
Təhsil qeyri- istehsal sferasının ən mühüm sahələrindən biridir. Azərbaycan 
Respublikası Konstitusiyasının 42- ci maddəsində nəzərdə tutulduğu kimi, hər bir 
vətəndaşın təhsil almaq hüququ vardır. Hazırki dövlət özəl təhsil sisteminin 
yaranması ilə əlaqədar kadrların , eyni istiqamətlər üzrə mütəxəssislərin 
hazırlanması , tədris prosesinin daim təkmilləşdirilməsi sahəsində irəlliləyişlər
baş vermişdir.
KitabYurdu.az 
97


Dövlət təhsil sisteminin əsas hissəsi dövlət büdcəsindən , büdcə təsnifatına 
uyğun olaraq maliyyələşdirilir. Azərbaycan Respublikasının dövlət büdcəsi 
xərclərinin funksional təsnifatına uyğun olaraq təhsil xərclərinə məktəbəqədər 
uşaq tərbiyə müəssisələri , məktəb- uşaq bağçaları, ibtidai əsas və orta təhsil 
məktəbləri, gimnaziyalar, liseylər, axşam və qiyabi orta ümumtəhsil məktəbləri, 
internat məktəbləri, xüsusi rejimli internat məktəbləri , xüsusi məktəblər, texniki 
peşə məktəbləri və liseylər, xüsusi texniki peşə məktəbləri və liseyləri, orta ixtisas 
təhsili müəssisələri, ali təhsil müəssisələri , ixtisasartırma institutları , kadr 
hazırlığı üzrə sair tədris müəssisələri, medodiki iş, texniki təbliqat tədbirləri, uşaq 
evləri , ümumi icbari təhsil fondu, mərkəzləşdirilmiş mühasibatlıqların saxlanması, 
mərkəzləşdirilmiş təsərrüfat xərcləri daxildir. 
Təhsilin maliyyələşdirilməsinə 2011- ci ildə dövlət büdcəsindən təhsilə 
1.338.163 min manat, o cümlədən məktəbəqədər və ibtidai təhsilə 95.345.5 min 
manat , natamam və orta təhsilə 758.12 min manat, internat və xüsusi məktəblərə 
49.611.7 min manat, texniki peşə məktəbləri və litseylərə 72.771.9 min manat, ali 
təhsilə 125.279.5 min manat , təhsil sahəsində tətbiqi tədqiqatlara 5.019.9 min 
manat , təhsil sahəsində digər xidmətlərə 231.822.4 min manat vəsait ayrılmışdır. 
Təhsilin maliyyələşdirilməsində yerli büdcələrin xüsusi çəkisinin yüksək 
olması, ümumtəhsil məktəblərinin əsas hissəsinin yerli dövlət hakimiyyəti
orqanlarının tabeçilində olması ilə əlaqədardır. 
Təhsil müəssisələrinin maliyyələşdirilməsi haqq- hesab vahidləri üzrə təyin 
edilən xərc normalarına əsasən həyata keçirilir. Xərc normaları, Dövlət 
Normativləri Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinin təqdimatı əsasında 
təsdiq edilir. 
Təhsil müəssisələrinin bir qisminin müxtəlif mülkiyyət formalarına keçməsi ilə 
əlaqədar olaraq bu sahənin maliyyələşdirilməsi üçün əlavə vəsait cəlb edilməsi 
imkanını genişləndirmişdir. Özəl təhsil müəssisələri mövcud qanunvericilik
çərçivəsində əlavə ödənişli təhsil haqqı, hüquqi və fiziki şəxslər tərəfindən 
məqsədli ödənişlər, müxtəlif ianələr cəlb edə bilərlər. Təhsil sisteminə maliyyə 
vəsaitlərini cəlb edilməsi onların normativlərindəki stabilliyə təsir etmir, büdcədən 
maliyyələşdirilən hissə müəyyən düzəlişlərə məruz qalır. 
Əhaliyə əlavə ödənişli xidmətlərə aiddir: 
-
əlavə təhsil proqramları üzrə təhsil 
-
xüsusi kursların və fənlərin tədrisi 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin