Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə83/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   79   80   81   82   83   84   85   86   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
98


-
repetitorluq 
-
ayrı- ayrı fənlərin əsaslı öyrədilməsi və s. 
Göstərilən əlavə xidmətlərdən alınan gəlirlər Nizamnamə əsasında fəaliyyətin 
genişləndirilməsinə, eyni zamanda əmək haqqının artırılmasına yönəldirlir. 
Özəl təhsil müəssisələri təhsil haqqını dövlət standartları çərçivəsində
göstərdiyi təhsil xidmətlərinə görə alırlar. 
Təhsil müəssisələri sərbəst olaraq öz maliyyə- təsərrüfat fəaliyyətini həyata 
keçirirlər. Cari ildə istifadə edilməyən maliyyə vəsaiti təhsil müəssisəsinin 
sərəncamında qalır və növbəti maliyyə ilində sərf edilir. 
Ümumtəhsil məktəblərinin saxlanması xərclərinin maliyyələşdirilməsi. 
Təhsil qanununa uyğun olaraq ümumi orta təhsil üç pillədən ibarətdir: 
-
ibtidai( I- IV siniflər) 
-
əsas ( V- IX siniflər) 
-
orta ( X- XI siniflər) 
Birinci pillədə uşaq şəxsiyyətinin təşəkkülü, onun bacarıq və qabiliyyətinin 
aşkara çıxarılması və məqsədyönlü inkişafı təmin edilir. 
Ikinci pillədə şagird şəxsiyyətinin inkişafı, onun mənlik və əxlaqı şüurunun
hüquqi düşüncəsinin, qabiliyyət və istedadının , elmlərinin əsaslarının öyrənilməsi 
və dünyagörüşünün formalaşdırılması təmin edilir. 
Üçüncü 
pillədə 
dövlət 
təhsil 
standartları 
gözlənilməklə 
təlimin 
diferensiallaşdırılması əsasında ümumtəhsil hazırlığının başa çatdırılması təmin 
edilir. 
Məktəbin maliyyə vəsaiti normativ əsasında müəyyən edilən büdcə və 
büdcədənkənar vəsait hesabına yaranır. Dövlət və cəmiyyət təlim- tərbiyə 
prosesinin səmərəliliyini artırmaq üçün təhsilin maliyyələşdirilməsini təmin edir. 
Məktəbin maliyyələşdirilməsi bir şagirdə çəkilən faktiki xərclərin ardıcıl artması 
prinsipinə əsaslanaraq , dövlət normativləri əsasında həyata keçirilir. 
Məktəbin fondu aşağıdakı əsas mənbələrdən yaranır: 
-
Məktəb üçün yerli büdcədən ayrılan vəsait; 
-
Nazirliklərin, baş idarələrin , baza müəssisələrinin, dövlət idarələrinin , 
ictimai təşkilatların , birliklərin və s. məqsədli qoyuluşları; 
-
Valideynlərin, xeyriyyə cəmiyyətlərinin , təsisçilərin və s. könüllü verdiyi 
vəsait 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin