Təsərrüfat xidmətlərinə çəkilən xərclər qüvvədə olan normalarına
uyğun
həyata keçirilir. Buraya istilik, işıqlandırma , kommunal xidmətləri və s. təsərrüfat
xərcləri daxildir.
Xərc maddələri üzrə hesablamalar əsasında ümumtəhsil məktəblərinin smetası
tərtib edilir, bu smetalar əsasında isə yerli büdcələrin
layihələrinə daxil etmək
məqsədilə ümumtəhsil məktəblərinin saxlanması üzrə icmal xərc smetası tərtib
olunur.
Məktəb- internat və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin xərclərinin
planlaşdırılması.
Məktəb - internatlara ailədə tərbiyə olunması üçün lazımi şəraiti olmayan və ya
valideyn himayəsindən məhrum olan uşaqlar qəbul olunurlar.
Məktəb internat xərclərinin maliyyələşdirilməsinin bir sıra xüsusiyyətləri
vardır:
1. Məktəb – internatlarının saxlanması xərclərinin hesablanması
üçün əsas
göstərici kimi şagirdlərin sayı , siniflərin sayı və pedaqoji maaş dərəcələri əsas
götürülür.
2. Məktəb- internat müəllimlərinin əmək haqqı fondu
ümumtəhsil məktəblərində
olduğu kimi planlaşdırılır, hər bir sinif qrupuna düşən tərbiyəçi ştatı əlavə olaraq
nəzərdə tutulur.
3. İnzibati- təsərrüfat heyətinin əmək haqqı fondu ştat valideynlərini sayı əsasında
hesablanır. Lakin ümumtəhsil məktəblərindən fərqli olaraq tibb işçilərinin,
aşpazların, gecə dayələrinin və s. vəzifələri də nəzərdə tutulur.
4. Məktəb- internatın saxlanılmasına çəkilən xərclər
adətən bir şagirdə görə
hesablanır.
5. Şgirdlərin orta illik sayı ümumtəhsil məktəblərində olduğu kimi hesablanır.
6. Dəftərxana və təsərrüfat xərcləri , avadanlıq və inventarların alınmasına, əsaslı
təmirə çəkilən xərclər.
7. Məktəb- internatda oxuyan şagirdlər yumşaq
inventarla və geyimlə təmin
olunma xərcləri də nəzərdə tutulur.
8. Bu məqsədlərə sərf edilən xərclər bu tədris müəssisəsində qalmaq müddətindən
asılı olaraq bir nəfər şagirdə düşən xərc norması üzrə hesablanır. Yemək xərcləri
bir gündə bir şagirdə düşən yemək norması, internatda tərbiyə alanların orta illik
sayı və onların məktəb- internatda qalma günlərinin sayı əsasında hesablanır.
Dostları ilə paylaş: