6
I Xosovun dövründə əmlakın xarakterindən asılı olaraq 20- 50 yaşlı
kişilərdən 12,8,6 və 4 drahma can vergisi müəyyən edilmişdir. Kubar
nəsillər, əyanlar , döyüşçülər, katiblər, kahinlər və məmurlar can
vergisindən azad idilər. Vegilərin ödənilməsi çətin olduğundan 4 aydan
bir, ildə 3 dəfə alınırdı. Torpaq və can vergisi ilə yanaşı əhalidən başqa
vergilər də tutulurdu.
VIII əsrdə müsəlman qanunvericiliyinə
- şəriətə görə cizyə hər il
ancaq kişilərdən, ancaq onların sənətə və ya ticarətdən əldə etdikləri
qazancdan asılı olaraq alınırdı. Varlılar 48, ortabablar 24, yoxsullar isə
12 dirəhm ödəyirdilər. Əgər can
vergisi cizyə ancaq qeyri-
müsəlmanlardan alınırdısa, torpaq vegisi- xərrac həm müsəlmanlardan
həm də başqa dinlərə etiqad edənlərdən alınırdı, ancaq qeyri-
müsəlmanlar bu vergini ikiqat həcmdə ödəyirdilər.
Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini
təşkil edirdisə, Abbasilər dövründə vergilər ancaq
bir hissəsi natura ilə
ödənilirdi. Özü də bu natura içərisində zinət şeyləri və Ərəblərdə az
tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbası Xəlifəsi Əl-
Mənsurun dövründə ( 745- 775) xüsusən
geniş tətbiq edilməyə
başlamışdır.
Əl Mənsurun varisi Xəlifə Əl- Mehdinin dövründə ( 775- 785) onun
sərəncamına görə xəracalma sistemi dəyişdirili.
Misahə xəracc- torpağın sahəsinə görə alınan vergi əvəzinə
,Müqasəmə xəracı- məhsula görə alınan vergi qoyuldu, özü də suvarılan
torpaqlardan məhsulun yarısı dəliyə və kirdə ilə suvarılan torpaqlardan
məhsulun 1/3 , diləblə suvarılan torpaqlardan məhsulun ¼- i alınırdı.
Lakin Əl – Mehdinin dövründə meyvə ağaclarına, zeytun və üzüm
bağlarına xərac qoyulurdu. Torpaq vergisi
və can vergilərindən əlavə
aşağıdakı vergiər alınırdı: Xüms- mülkiyyətdən və əmlakdan alınan ,
gəlirin 1/5 – nə bərabər olan vergi; Zəkat- yoxsulların xeyrinə varlı
müsəlmanların əmlakından tutulan vergi; Zəkat -əl- fitir – orucluğun
başa çatması münasibəti ilə verilən pay – fitrə; Sədəqə- yoxsullara verilə
ianə; Üşr – məhsulun 1/ 10- nə bərabər evrgi.
Xüms – pul və natura şəklində dinc
yolla ələ keçirilmiş əmlakdan ,
əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin
müsəlmanlardan satın alıdığı
torpaqlardan, əsirlər də daxil hərbi
qənimətlərdən alınırdı.
Dostları ilə paylaş: