2
Məcəlləsində göstərilir “ Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin
maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul
vəsaitlərinin özəlləşdirilməsi şəklində dövlət büdcəsinə və yeri
büdcələrə köçürülən məcburi, fərdi,əvəzsiz ödənişdir.
Vergilərə xas olan əsas əlamətlər aşağıdakılardır.
1. Onun məcburi xarakter daşımasıdır.
2. Mülkiyyətçinin dəyişməsidir.
3. Qaytarılmazlığı və əvəzsiz xarakterdə olmasıdır( vergi tədiyyəsi
konkret ödəyiciyə qaytarılmır).
4. Tətbiq olunmasının qanuniliyi.
5. Vergilərin vacibliyidir.
6. Pul formasında olmasıdır.
7. Onun abstrakt ödəniş olması, yəni bedcəyə ödənilərkən məqsədli
xarakter daşımamasıdır.
Vergilərin funksiyaları.Vergilərin mahiyyəti və rolu onların
funksiyalarında təzahür edir. Vergilər fiskal, bölüşdürücü, tənzimləyici
və nəzarət funksiyalarını yerinə yetirir. Fiskal funksiya “ fiskal latın
sözü olub zənbil deməkdir”. Qədim Romada xüsusi toplayıcılar (
yığıcılar) bazarda boyu zənbillə gəzir və tacirlər tərəfindən satılan
əmtəələrin bir hissəsini buraya yığırdılar. Bu ticarət etmə hüququna görə
özünəməxsus bac ( yığım) idi. Toplanmış əmtəələr monarxın ( dövlətin )
mülkiyyətinə keçirdi. Hətta pulların saxlandığı kassa, imperatorların
şəxsi xəzinəsi və nəhayət, gəlir , vergi və digər rüsumların toplandığı
mərkəz fisk adlandırılmışdır. Bu funksiyanın mahiyyəti büdcəyə
mümkün qədər daha çox vəsait cəlb etməkdən ibarətdir.
Nəzarət funksiyası.Bu funksiya iqtisadiyyatın müxtəlif subyektlərinin
gəlirlərinin əmələ gəlməsi və bölgüsü prosesində dəyər proporsiyalarına
əməl edilməsinə şərait yaradır. Bu funksiyanın köməyi ilə hər bir vergi
kanalının səmərəliliyi qiymətləndirilir . Vergi sistemində və vergi
siyasətində ediləcək dəyişikliyn zəruriliyi müəyyən edilir. Vergi
nəzarətinin ( məqsədi) vəzifəsi müxtəlif formalarda vergi yoxlamaları
Dostları ilə paylaş: