Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə56/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   52   53   54   55   56   57   58   59   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
66



Zəkat – ildə bir dəfə alınırdı. Bu vergi dənli bitkilər ( düyü və 
buğdadan başqa) , giləmeyvələr, daş- qaş və ev heyvanları üzrinə 
qoyulurdu. Buğda və apradan zəkat yetişəndən sonra ilə alınırdı. Üzüm 
üçün isə qora dövründə müəyyənləşdirilir.
Zəkat - əl- fitrə - ildə bir dəfə, orucluq ayının başa çatması 
münasibətilə varlı müsəlman ailələrinin yetkinlik yaşına çatmış hər bir 
üzvünə görə ödənilirdi. Firə məhsul və ya pulla ödənilə bilərdi. Onun 
qədəri 3 kq buğdaya,arpaya və ya çəltiyə, xurmaya, kişmişə,qarğıdalıya 
və başqa məhsullara bərabər idi 
Üşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün 
nəzərdə tutulan və qiyməti 200 dirəhmdən artıq olan başqa 
məhsullardan natura ilə natura ilə alınan onda bir vergisi idi. 
IX – XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etmişdir. 
Torpaq mülkiyyəti forması olan mülk( və yaəmlak torpaqları) xüsusi 
mülkiyyət olub, onu almaq, satmaq,irs vermək,bağışlamaq,girov 
qoymaq olurdu. Mülk sahibi( malik) və ya mülkədar dövlətə xərac, yəni
yeni torpaq vergisi verirdi. 
Torpaqdan istifadəyə görə kəndlidən alınan vergi üşr və ya üşur ( 
onda bir), sonralar isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı – ayrı 
adamlara verilən icazə kağızına qəbalə deyilirdi. Xəac əvvəllər əsasən 
məhsulla alınırdı. Azərbaycan kəndliləri X- XI əsrlərdə xəracın 
müəyyən hissəsini pulla ödəyirdilər. Bu hələ o zamanda Azərbaycanda 
əmtəə- pul münasibətlərininin inkişaf etdiyini göstərir.
XI – XIII əsrin əvvəllərində əhalinin müxtəlif təqəbələrinin xərac
üşr, cizyə, haqq, alaf, avariz, qismən və bir çox başqa vergi , rüsum və 
mükəlləfiyyətlər ödədiyi məlumdur. 
Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 cür vergi və 
rüsum verirdi. Torpaq vergisi “ xərac” natura ilə alınırdı və ilk 
Hülakilər dövründə taxıl məhsullarının 70 %- ni təşkil edirdi. Can 
vergisi “ qopçur” adlanırdı. Oturaq əhali bu vergini 1- 7 dinaradək 
pulla, köçərilər isə mal- qara ilə verirdilər. Monqol ordusunun 
saxlanması üçün əhali üzərinə xüsusi vergi- tacar qoyulmuşdu. 
XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin
mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin