5
proqnozlaşdırılması Respublikanın iqtisadi- sosial inkişaf proqramı və
icmal(toplu)maliyyə planlaşdırılması ilə sıx əlaqədardır.
Təsərrüfat fəaliyyətinin müvəffəqiyyətlə həyata
keçirilməsi üçün onun
idarəetmə üsullarının daim təkmilləşdirilməsi gərəkdir. Bununla əlaqədar olaraq
perspektiv planlaşdırmanın rolu artır, deməli elmi proqnozlaşdırmanın zərurəti
meydana çıxır. Natural göstəricilərin parametrlərinin proqnozlaşdırılması
maliyyə ehyatlarının proqnozu ilə müşayət olunmalıdır. Belə ki, bu ehtiyatların
artım perspektivinin uçotu olmadan təsərrüfatının inkişafının keyfiyyət
baxımından proqnozlaşdırılması mümkün deyil.
Üzunmüddətli icmal maliyyə planlaşdırılmasından
fərqli olaraq büdcə
proqnozlaşdırılması ünvanlı olur və büdcə ili üçün , yəni bir ildən çox olmayan
dövr üçün hazırlanır. Icmal maliyyə balansı göstəricilərinin əsas hissəsini büdcə
göstəriciləri təşkil etdiyi üçün perspektiv icmal maliyyə balansının
tərtibi
zamanı əsas büdcə göstəricilərini proqnoz hesablamaları aparılmalıdır.
Büdcənin inkişaf proqnozu dedikdə , onun gəlir və xərclərinin inkişaf
yollarının ehtimal qiymətləri kompleksi nəzərdə tutulur.
Büdcə proqnozlaşdırılmasının məqsədi mövcud
konkret sosial- iqtisadi
şəraitdə və perspektiv qiymətləndirmə əsasında büdcənin inkişafının optimal
yollarını işləmək əsaslandırmaq və onun möhkəmləndirilməsi üçün təkliflər
verməkdən ibarətdir. Belə proqnozlaşdırmanın
nəticələrinin müasir uçotu,
dövlətin maliyyə siyasətində daha səmərəli tədbirlərin qəbul edilməsinin
mühüm şərtidir.
Büdcə göstəricilərinin proqnozlaşdırılmasının hesablanmasında illik büdcə
göstəricilərinin hesablanması ilə yanaşı, metodoloji yanaşmanın
da böyük
əhəmiyyəti vardır. Büdcələrin illik və rüblük göstəriciləri iqtisadi və maliyyə
parametrlərinin birbaşa hesablamaları bazasında müəyyən edilir.
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırlması qaydası müəyyən
edilmişdir. Vergilərin proqnozlaşdırılması zamanı ilk növbədə məlumat bazası
əldə edilir. Bu məlumat bazası Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyindən,
Statistika Komitəsindən, Vergilər Nazirliyindən, Gömrük
Komitəsindən, ayrı- ayrı təşkilatlardan əldə edilir. Bu bazaya əsaslanaraq
hər bir
Dostları ilə paylaş: