9
- büdcə bölgüsünün büdcə haqqında qanuna( qərara) uyğun olmaması;
- büdcə vəsaitləri haqqında bildirişlərin,
büdcə öhdəlikləri limitləri
haqqında bildirişlərin təsdiq olunmuş xərclərə və büdcə bölgüsünə
uyğun olmaması;
- büdcələrin gəlirlərin, büdcədənkənar dövlət fondlarının gəlirlərinin və
Azərbaycan Respublikası büdcə sisteminə digər daxilolmaların mütləq
hesaba köçürülməsinə
riayət edilməməsi;
- büdcələrin və büdcədənkənar dövlət fondlarının hesabına
köçürüləcək vəsaitlərin ödəmə sənədlərinin vaxtında icra edilməməsi;
- büdcələrin lahiyələrinin və büdcələrin icrası haqqında hesabatların
vaxtında təqdim edilməməsi;
- qəbul edilmiş büdcə öhdəliklərinin
təsdiq edilməsindən imtina
edilməsi;
- büdcə öhdəliklərinin vaxtında təsdiq edilməməsi, təsdiq edilmiş büdcə
öhdəlikləri üzrə ödəmələrin vaxtında həyata keçirilməməsi;
- büdcə bölgüsünə daxil edilmiş və təsdiq edilmiş büdcə öhdəlikləri
limiti
ilə
nəzərdə
tutulmuş
xərclərdən
artıq
xərclərin
maliyyələşdirilməsi;
- dövlət və bələdiyyə xidmətinin göstərilməsinə
maliyyə məsrəfləri
normativlərinə riayət olunmaması;
- büdcə kəsirinin, dövlət bələdiyyə borclarına , xidmət edilməsinə
xərclərin həddlərinin ölçülərinə riayət olunmaması;
- mövcud qanunlara uyğun olan digər əsaslar həyata keçirilir.
- büdcənin icrası prosesinin lazımi qaydada olmaması haqqında
xəbərdarlıq;
- xərclərin blokirovkası;
- büdcə
vəsaitlərinin götürülməsi;
- kredit təşkilatlarında hesablar üzrə əməliyyatların dayandırılması;
- cərimələrin tətbiq edilməsi;
- müamilələrin hesablanması;
- mövcud qanunlar çərçivəsində digər ölçülər.
KitabYurdu.az
32
10
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən edilmiş
vergi ödəyiciləri , vergi agentləri və onların nümayəndələri, habelə vergi
orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına
görə bu məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və
vergi agentlərinə vergi məcəlləsi ilə müəyyən edilmiş maliyyə
sanksiyaları və faizləri tətbiq edilir.
Verginin hesabatda göstərilən
məbləği verginin hesabatda
göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa,habelə büdcəyə
çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa,
vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50
faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Dostları ilə paylaş: