Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə22/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   18   19   20   21   22   23   24   25   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
26



Dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçısı – dövlət büdcəsinin 
xərclərinin təşkilatlar üzrə təsnifatı ilə müəyyən edilən, büdcə 
vəsaitlərini tabeçilikdə olan sərəncamçılara və büdcə vəsaitləri alanlara 
bölüşdürmə hüququ olan Azərbaycan Respublikasının dövlət 
hakimiyyəti orqanı,Naxçıvan Muxtar Respublika hakimiyyəti orqanı, 
yerli özünüidarəetmə orqanı və büdcə idarələridir. Dövlət büdcəsinin 
vəsaitləri Azərbaycan Respublikasının “vergi məcəlləsi”nə,” Büdcə 
sistemi haqqında” Azərbaycan Respublikası Qanununa və hər il dövlət 
büdcəsi haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq 
müvafiq bölmələrə və istiqamətlərə yönəldilir: 
- ümumdövlət xidmətləri xərcləri; 
- qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının 
saxlanması xərcləri; 
- beynəlxalq təşkilatlara üzvlük haqqı; 
- xarici dövlətlərə iqtisadi yardım xərcləri; 
- elm xərcləri; 
- müdafiə xərcləri; 
- məhkəmə hakimiyyəti,hüquq mühafizə, təhlükəsizlik orqanlarının və 
prokurorluğun saxlanması xərcləri; 
- mənzil- kommunal təsərrüfat xərcləri; 
- kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq xərcləri; 
- sənaye və tikinti xərcləri; 
- nəqliyyat və rabitə xərcləri; 
- iqtisadi fəaliyyətlə bağlı olan xərclər; 
- turizm xərcləri və s. 
Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində büdcənin
hüquq 
münasibətlərinin 
tənzimlənməsi 
sahəsində 
Azərbaycan 
Respublikasının dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri 
aşağıdakılardır: 
- Azərbaycan Respublikasının büdcə sisteminin təşkilinin və 
fəaliyyətinin ümumi prinsiplərinin müəyyən edilməsi; 
KitabYurdu.az 
27



- büdcə sisteminin səviyyələri arasında vergilərin və digər gəlirlərin
dürüst müəyyən edilməsi, həmçinin büdcələrarası tənzimlənmə
qaydasında respublika büdcəsinin vergilərinin, rüsumlarının və digər 
gəlirlərinin Azərbaycan Respublikası büdcə sisteminin müxtəlif 
səviyyəli büdcələr arasında bölüşdürülməsi; 
- Azərbaycan Respublikası büdcə sisteminin müxtəlif səviyyəli 
büdcələri arasında xərclərin həyata keçirilməsi səlahiyyətlərinin dürüst 
müəyyən edilməsi; 
- Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli 
büdcələrinin layihələrinin tərtibi və baxılması, Azərbaycan Respublikası 
büdcə sisteminin bütün səviyyəli büdcələrinin təsdiq edilməsi və icrası, 
büdcənin icrası haqqında hesabatın təsdiq edilməsi və onların icrasına 
nəzarətin həyata keçirilməsi əsaslarının müəyyən edilməsi; 
- Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli 
büdcələrinin gəlirlərinin formalaşdırılması, büdcədən xərclərin həyata 
keçirilməsinin əsaslarının müəyyən edilməsi; 
- dövlət və bələdiyyə qarşılıqlı büdcə əlaqələrinin həyata keçirilməsinin 
əsaslarının müəyyən edilməsi; 
-dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin 
icrası haqqında hesabatların tərtib və təsdiq edilməsi qaydalarının 
müəyyən edilməsi; 
- Azərbaycan Respublikasının və yerli özünüidarəetmə orqanlarının 
qarşılıqlı münasibətlərinin, Azərbaycan Respublikasının və yerli 
özünüidarəetmə orqanlarının borclarının müəyyən edilməsi; 
- dövlət büdcəsinin və və büdcədənkənar dövlət fondlarının büdcələrinin
gəlirlərinin formalaşdırılması qaydalarının müəyyən edilməsi; 
- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının xərclərinin 
həyata keçirilməsi; 
- dövlət büdcəsindən yerli büdcələrə maliyyə yardımlarının , büdcə 
ssudalarının və dotasiyalarının verilməsi qaydalarının və şərtlərinin 
müəyyən edilməsi;

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin