Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə18/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   14   15   16   17   18   19   20   21   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
20


10 
büdcələrə dotasiya, subvensiya, subsidiya verilməsi nəzərdə tutula , onlara 
büdcə borcu( ssuda) ayrıla bilər. 
“Bələdiyyələrin 
maliyyəsinin 
əsasları 
haqqında” 
Azərbaycan 
Respublikasının Qanununun 6- cı maddəsində nəzərdə tutulduğu kimi , yerli 
sosial- iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına
maliyyələşdirmək mümkün olmadıqda yerli büdcə kəsirini ödəmək üçün
dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrinin
müəyyən edilməsi və ya dövlət büdcəsindən dotasiya və subvensiya 
ayrılması mümkündür. 
Hər bir büdcənin xərcinin təmin olunması üçün müvafiq gəlirləri 
olmalıdır. Büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlirlərdən ibarətdir. 
Büdcələrin 
xüsusi 
gəlirləri 
– 
Azərbaycan 
Respublikasının
qanunvericiliyinə uyğun olaraq gəlir növlərinin tam və ya qismən müvafiq 
büdcələrə təhkim edilməsidir. Bu müvafiq büdcələrə , dövlət büdcədənkənar
fondlarına Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təhkim 
edilmiş vergilər, gəlirlər, normativ aktlarla müəyyən edilmiş vergi olmayan 
gəlirlər, eyni zamanda əvəzsiz ödənişlər aiddir. 
Büdcənin xüsusi gəlirlərinə qeyri- vergi gəlirləri aiddir: 
- Dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz 
edilməsindən gəlirlər; 
- Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti , yerli 
özünüidarəetmə orqanları , həmçinin müvafiq orqanların tabeliyində olan 
büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki- hüquqi 
, inzibati və cinayət məsuliyyəti, o cümlədən, cərimələr , müsadirələr, 
konpensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər və s. 

Azərbaycan Respublikasının büdcə sisteminə digər səviyyəli
büdcələrindən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər; 
- Digər qeyri- vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr. 
Büdcənin tənzimləyici gəlirləri- bu dövlət büdcəsinin yerli( bələdiyyə) 
büdcələrə növbəti maliyyə ili üçün və ya uzun müddətə normativlər əsasında 
təyin olunmuş maliyyə vəsaitidir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin