8
büdcələrin yerinə yetirilməsinə xidmət göstərmək
və işi səmərəli təşkil
etmək üçün bələdiyyələr dövlət xəzinədarlığının ərazi ( rayon) orqanları ilə
müqavilələr bağlaya, yaxud da yerli büdcənin vəsaitləri hesabına
bələdiyyə
xəzinədarlığı yarada bilərlər.
Yerli büdcənin müstəqilliyi öz daxili mənbələrinin olması və
bələdiyyənin yerli büdcə vəsaiti haqqında
sərəncam vermək müstəsna
hüququ ilə təmin edilir. Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna
əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir.
Qanun yerli büdcələrin möhkəmlənməsi üçün dövlət üzərinə aşağıdakı
əlavə məsuliyyətləri qoyur:
1) investisiya və pul- kredit siyasəti əsasında istehsal sferasının inkişafına
şərait yaratmaq;
2) yerli sosial- iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına
maliyyələşdirmək mümkün olmadıqda yerli
büdcə kəsirini ödəmək üçün
dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrini müəyyən
etmək və ya dövlət büdcəsindən dotasiya və subvensiya ayırmaq;
3) yerli büdcənin gəlirlərini azalması və ya xərclərinin artması baş verdikdə
uyğun azalma və artma məbləğlərinin müvafiq qərar qəbul edən orqan
tərəfindən kompensasiya edilməsi.
Büdcə ili yanvarın 2- də başlanır və dekabrın 31- də qurtarır.
Yerli
büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır:
1. Yerli vergilər və ödənişlər. Azərbaycan Respublikasının “ vergi məcəlləsi”
ndə nəzərdə tutulmuş yerli vergilər ( bələdiyyə vergiləri) bunlardır:
- fiziki şəxslərin torpaq vergisi;
- fiziki şəxslərin
əmlak vergisi;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi;
2. Yerli ödənişlərin tərkibi( reklamlar yerləşdirilməsi, bələdiyyə
torpaqlarında stasionar və ya səyyar ticarət,
ictimai iaşə və ya digər
xidmətlərə görə ödəniş , bələdiyyə ərazisində mehmanxana, stasionar- kurort
və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş).
Yerli büdcələrin xərclərini aşağıdakı maddələr təşkil edir:
Dostları ilə paylaş: