Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə31/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   27   28   29   30   31   32   33   34   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
38



tədiyyə növü üzrə potensial vergi məbləği və əvvəlki illərin yığım əmsalı da 
tətbiq etməklə proqnoz müəyyən edilir. 
Vergilər üzrə mədaxillərin proqnozlaşdırılması zamanı onların xüsusiyyətləri 
nəzərə alınır.
Mənfəət vergisinin proqnozunun hazırlanması zamanı ötən illərin faktiki 
daxilolmaları, rayon və şəhər ərazisində fəaliyyət göstərən müəssisə və 
təşkilatların maliyyə təsərrüfat- fəaliyyətinin göstəriciləri barədə məlumatlar 
əldə edilməlidir. Bu tədiyyə növünün proqnozu müəyyən edilərkən rayon və 
şəhər ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların balans 
məlumatlarından istifadə edilir. Balans mənfəəti məhsulun satışından ( işlərin, 
xidmətlərin) əldə edilən gəlirlərlə məhsulların ( işlərin, xidmətlərin) tam maya 
dəyəri arasındakı fərq kimi müəyyən edilir. Bu zaman satışdan kənar sahələrdən
əldə edilən mənfəət də nəzərə alınmalıdır.Balans mənfəəti müəyyən edildikdən 
sonra mövcud qanunvericilikdə müəyyən edilmiş güzəşt məbləği və çıxılmalar 
edildikdən sonra mənfəət vergisinin proqnoz məbləği hesablanır. 
Vasitəli vergilərə - ƏDV, aksizlər, görük rüsumları aiddir. ƏDV proqnozunda
ilk növbədə ÜDM – un daxili istehlakı , mal və xidmətlər əlavə dəyər vergisinə 
cəlb olunan və olunmayan qruplara bölünməklə, güzəştlər nəzərə alınmaqla
ƏDV – i üzrə proqnoz hazırlanır, istehsal xərclərinə aid edilmiş məsrəflərin 
məbləği, bu məsrəflər üzrə ödənişlər ƏDV- nin məbləği müəyyən edilir. Bundan 
sonra satılmış malların , işlərin və xidmətlərin dəyəri( o cümlədən əlavə dəyər
vergisinə cəlb olunan və olunmayan satış) və bunlar üzrə alınmış ƏDV – nin 
məbləği müəyyən edilməklə büdcəyə ödəmələri olan ƏDV- nin məbləği 
müəyyən edilir. 
 
Büdcə layihəsinin tərtibi üçün vacib olan məlumatlar. 
Büdcə proqnozlaşdırılmasının növbəti mərhələsi - büdcə layihəsinin tərtibi 
prosesidir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dvölət hakimiyyəti orqanı 
və yerli özünüidarəetmənin iqtisadi və sosial proqnozlaşdırılmasında nəzərdə 
tutulan tədbirlərin maliyyə təminatının həyata keçirilməsi məqsədilə büdcədə 
mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin