1
Mövzu 16. Büdcənin icrasının təşkili.
Plan :
1.
Büdcənin icra edilməsi.
2.
Gəlirlər və xərclər üzrə büdcənin icrasının təşkili.
3.
Xərclər üzrə büdcəsinin icrasının mərhələləri.
4.
Dövlət büdcəsinin kassa icrası .
5.
Büdcə uçotu və hesabatı.
6.
Büdcənin icrasında xəzinədarlığın rolu.
7.
Dövlət büdcəsinin icrasına nəzarət.
8.
Büdcənin icrasının təşkili. Büdcə kəsiri.
Ədəbiyyat
1.
Azərbaycan Respublikası regionlarının 2009 – 2013 – cü illərdə sosial –
iqtisadi
inkişafı Dövlət proqramı.
2.
“ Büdcə sistemi haqqında “ Azərbaycan Respublikasının Qanunu. 2002.
3.
E.Ş.Bədəlov, R.B. Məhərrəmov, F.Ə.Qurbanov – Büdcə sistemi. Bakı 2003
4.
N.A. Novruzov, X.Ə. Hüseynov Maliyyə Bakı 2007
5.
N.A.Novruzov, E.Ə.İbrahimov Büdcə sistemi Bakı 2012
KitabYurdu.az
170
2
Büdcənin icra edilməsi – büdcə vəsaitlərinin yığılması
və istifadəsi üzrə
büdcə prosesinin mühüm mərhələsidir. Bu icra prosesində icra hakimiyyəti orqanları
, maliyyə və vergi orqanları, kredit təşkilatları, hüquqi və fiziki şəxslər – vergi
ödəyiciləri və büdcə vəsaiti alanlar iştirak edirlər.
Azərbaycan Respublikasında büdcələrin xəzinədarlıq vasitəsilə icra edilməsi
müəyyənləşdirilmişdir. İcra hakimiyyəti orqanları orqanlarına büdcələrin icrasının
təşkili
və icra edilməsi , büdcə hesablarının və büdcə vəsaitlərinin idarə edilməsi
həvalə edilir. Göstərilən orqanlar büdcə vəsaitlərini alanların və bütün sərəncamların
xəzinədarları sayılırlar və büdcə idarələrinin tapşırığı ilə və adından büdcə vəsaitləri
tədiyyələri həyata keçirirlər.
Büdcənin icrası xəzinənin vahidliyi prinsipinə əsaslanır.
Bu prinsip daxil
olan gəlirlərin və büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən daxil olmaların
vahid büdcə hesabına götürülməsini və nəzərdə tutulan bütün xərclərin vahid büdcə
hesabından həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli büdcələri vahid
xəzinə prinsipi əsasında icra edilir.
Xərclər üzrə büdcənin icrası xərclər siyahısı
üzrə nəzərdə tutulmuş
tədbirlərin maliyyələşdirilməsinin təmin edilməsi deməkdir və bir neçə mərhələdən
ibarətdir :
1.
Büdcə bölgüsünün tərtibi, təsdiqi və büdcə vəsaitlərinin sərəmçılara çatdırılması.
Azərbaycan Respublikası büdcə sisteminin bütün
səviyyəli büdcələrinin icra
edilməsini müvəkkil icra orqanları büdcə bölgüsü əsasında həyata keçirirlər.
Büdcə bölgüsü üzrə büdcə vəsaitlərinin baş sərəncamçıları tərəfindən rüblərə
bölünməklə Azərbaycan Respublikası büdcə xassələrinin funksional və iqtisadi
təsnifatına uyğun təsdiq edilmiş büdcə əsasında sərəncamçılar
və büdcədən vəsait
alanlar üzrə tərtib edilir və büdcənin tərtibinə məsul olan icra hakimiyyəti orqanına
təqdim edilir.
2.
Büdcə öhdəliklərinin limitləri haqqında bildirişlərin təsdiqi və onun sərəmcamçılara
və büdcə vəsaiti alanlara çatdırılması.
Büdcə öhdəliyi – büdcəni icra edən orqanın büdcə haqqında qanuna və icmal
büdcə bölgüsünə uyğun yaranan , müəyyən edilmiş müddət ərzində müvafiq büdcə
vəsaitlərinin xərclənməsini həyata keçirmək üzrə borcudur.
Büdcə öhdəlikləri limiti – büdcəni icra edən orqanın büdcə haqqında
qanuna
və icmal büdcə bölgüsünə uyğun yaranan , müəyyən edilmiş müddət ərzində müvafiq
büdcə vəsaitlərinin xərclənməsini həyata keçirmək üzrə borcudur.
Büdcə öhdəlikləri limiti – büdcəni icra edən orqan tərəfindən sərəmcam – çılar
və büdcədən vəsait alanlar üçün üç ay müddətinə müəyyən
edilən və təsdiq edilən
büdcə öhdəliklərinin həcmidir.
Dostları ilə paylaş: