Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə144/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   140   141   142   143   144   145   146   147   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
167



-
Mövcüd qanuna və bələdiyyələrin qərarına uyğun olaraq yerli büdcələrə keçirilən
cərimələr və s. daxilolmalar ; 
-
Bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər
Ümumi şəkildə yerli büdcələrin bütün növ gəlirlərini aaşğıdakı kimi qruplaşdırmaq
olar: 
1.
Vergilərdən daxilolmalar ; 
2.
Vergi olmayan gəlirlər ( yaxud ödənişlər ) ; 
3.
əsaslı gəlirlər ; 
4.
Rəsmi qaydada alınan vəsaitlər ; 
Yerli vergilər və ödənişlər ölkə qanunlarına uyğun olaraq yerli özünüidarəetmə
orqanları tərəfindən müəyyən edilən vegilərdir. 
Yerli vergi və ödənişlər, habelə qeyri – vergi tədiyyələri yerli büdcələrin xüsusi
gəlirlərini təşkil edir. Başqa sözlə yerli büdcələrin xüsusi gəlirləri – ölkə qanunları ilə
daimi əsaslarla onlara tam və ya qismən təhkim edilmiş vergi və qeyri – vergi 
ödənişləridir. 
Yerli büdcələrin gəlirlərinin əsas hissəsi yerli vergilər hesabına formalaşır.
Azərbaycan Respublikasının vergi məcəlləsinə və digər qanunlara uyğun olaraq
yerli vergilərə aşağıdakılar aiddir ;
-
Fiziki şəxslərin torpaq vergisi ; 
-
Fiziki şəxslərin əmlak vergisi ; 
-
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
-
Bələdiyyə mülkiyyətində olan müəssisə təşkilatlardan mənfəət vergisi ; 
Yerli büdcələrinn xərcləri – yerli özünüidarəetmənin vəzifə və funksiyalarının maliyyə
təminatına yönəldilən pul vəsaitidir.
Yerli büdcələrin xərcləri yerli əhəmiyyətli məsələlərin həlli ilə, inzibati rayonların və
şəhərlərin iqtisadiyyatının və social sferanın idarəedilməsi və inkişafı ilə əlaqədar xərclərin
maliyyələşdirilməsini özündə əks etdirir.
Yerli büdcələrin xərcləri aşağıdakı istiqamətlərə yönəldilir : 
-
Yerli özünüidarəetmə orqanlarının saxlanmasına ; 
-
Bələdiyyə mülkiyyətinin formalaşması, inkişafı və saxlanılmasına ; 
-
Qeyri – istehsal sahələrinin ( təhsil, səhiyyə, mədəniyyət və kütləvi informasiya, 
bədən tərbiyəsi və bələdiyyə mülkiyyətində və ya yerli özünüidarəetmənin
tabeliyində olan digər idarələr ) təşkili, saxlanılması və inkişafına ; 
-
İctimai qaydaların mühafizəsi üzrə bələdiyyə orqanlarının saxlanıl – masına ;
-
Bələdiyyələrin mənzil – komunal təsərrüfatının təşkil edilməsi , inkişafı və
saxlanılmasına ; 
-
Bələdiyyə yollarının tikintisinə və saxlanmasına ; 
-
Bələdiyyə ərazisində ətraf mühitin mühafizəsinə ; 
-
Bələdiyyə borclarının ödənilməsinə 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin