Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə143/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   139   140   141   142   143   144   145   146   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
166



fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi, əsaslı tədqiqat, elmi – texniki tərəqqiyə
kömək və dövlət borclarına xidmət üzrə xərclər. 
İqtisadi məzmunundan asılı olaraq büdcə xərcləri cari və əsaslı xərclərə bölünür.
Büdcə xərclərinin əsas hissəsini cari xərclər təşkil edir. Cari büdcə xərcləri 
dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, büdcə
idarələrinin cari fəaliyyətini təmin etmək, habelə başqa büdcələrə və iqtisadiyyatın 
ayrı – ayrı sahələrinə dotasiya, subsidiya və subvensiya, qrantlar formasında yardım
etmək və s. nəzərdə tutulur.Cari xərclərə malların ( işlərin və xidmətlərin ) satın
alınması , əmək haqqı, əmək haqqına üstəlik Dövlət Sosial Müdafiə fonduna
ayırmalar, daxili və xarici dövlət borcları üzrə ödənişlər və əsaslı xərclərə aid
edilməyən digər büdcə xərcləri daxildir.
Büdcənin əsaslı xərcləri – innovasiya və investisiya fəaliyyətinin
maliyyələşdirilməsinə yönəldilir. Bu xərclərə aşağıdakılar daxildir :
-
İnvestisiya proqramına əsasən fəaliyyətdə olan və ya yeni yaradılan strukturalara
investisiya xərcləri ; 
-
Hüquqi şəxslərə investisiya məqsədləri üçün büdcə krediti şəklində verilən
vəsaitlər ; 
-
Əsaslı ( bərpa ) təmir işləri və geniş təkrar istehsalla bağlı digər xərclər; 
-
Azərbaycan Respublikasının və bələdiyyə qurumlarının mülkiyyəti olan əmlakın
yaradılması və inkişafı ilə əlaqədar xərclər
-
Azərbaycan Respublikası büdcə xərclərinin iqtisadi təsnifatınauyğun olaraq əsaslı
xərclərə daxil olan digər xərclər 
Yerli büdcələrin gəlirləri – 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq əvəzsiz olaraq yerli özünü idarəetmə orqanlarının sərəncamına daxil olan pul
vəsaitləridir.
-
Yerli büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır : 
-
Yerli vergilər və digər ödənişlər ( habelə həmin vergi və ödənişlərə görə
hesablanmış faiz sanksiyaları ) , o cümlədən bələdiyyələrin öz ərazisində hasil edilən
təbii ehtuyatların istifadəsindən haqq
-
Bələdiyyə əmlakının özəlləşdirilməsindən , icarəyə veriklməsindən daxil olmalar. 
-
Yerli pul – şeylotereyaların keçiriıməsindən, habelə dövlət və bələdiyyə qiymətli
kağızlarından əldə olunan vəsait;
-
Kurort, mehmanxana, avtomabil dayanacağı və s. əldə olunan gəlirlər ; 
-
Bələdiyyə ərazisində reklamın yerləşdirilməsi və yayımından alınan haqq ; 
-
Dövlət büdcəsindən verilən dotasiya, subvensiya, transfert ödənişləri, habelə dövlət 
əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan
xərclərin ödənilməsi üçün maliyyə vəsaiti; 
-
Fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatlaırn və fondalrın maliyyə yardımları
qrantlar ;

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin