Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə139/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   135   136   137   138   139   140   141   142   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
160


16 
5. Kollektiv müəlliflər. Maliyyə Bakı2001 
6. M. Novruzov, X, Hüseynov . Maliyyə Bakı 2007. 
7. M, M, Sadıqov , Z, Hüseynov , V, Zeynalov korporativ maliyyə. Bakı2007. 
KitabYurdu.az 
161



Mövzu 15 : Büdcələrarası münasibətlər: gəlirlərin və xərclərin büdcələr 
arasında bölgüsü 
1.
Büdcələrarası münasibətlər və büdcələrin tənzimlənməsinin mahiyyəti 
2.
Büdcələrarası münasibətlərin təşkilinin prinsipləri. Gəlirlərin büdcələr arasında 
bölgüsünün məqsədi. 
3.
Büdcələrin xüsusi tənzimləyici gəlirləri 
4.
Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirlərinin tərkibi və quruluşu 
5.
Dövlət büdcəsi xərclərinin tərkibi və quruluşu
6.
Yerli özünüidarəetmə orqanlarının orqanlarının ( bələdiyyələrin ) büdcələri , onların
gəlirləri və xərcləri
7.
Yerli büdcələrin tənzimlənməsində dövlət büdcəsinin rolu
8.
Dotasiya , subsidiya və subvensiyaların tətbiqinin zəruriliyi ilə və büdcə ssudaları və
büdcə krediti , onların mahiyyəti. 
Ədəbiyyat
1.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı 2009
2.
“ Büdcə sistemi haqqında ” Azərbaycan Respublikasının qanunu – 2002
3.
Azərbaycan Respublikasının vergi məcəlləsi. Bakı 2011 
4.
“ Bələdiyyələrin maliyyəsinin əsasları haqqında ” Azərbaycan Respublikasının Qanunu .
Bakı 1999 
5.
Ş.Ş. Bədəlov ,R.B. Məhərrəmov, F.Ə. Qurbanov “ Büdcə sistemi ” Bakı 2003 
6.
N.A.Novruzov, X.Ə. Hüseynov “ Maliyyə “ Bakı 2007
7.
N.A.Novruzov, E.Ə. İbrahimov “ Büdcə sistemi ” Bakı 2012 
KitabYurdu.az 
162



Büdcə quruculuğunda ən mürəkkəb problem mərkəz ilə yerlərin qarşılıqlı büdcə
münasibətləridir. Büdcə sisteminin səmərəli fəaliyyət göstərməsi xeyli dərəcədə 
büdcələrarası münasibətlərlə müəyyən edilir. Dövlətin əhali və təşkilatlar ilə büdcə 
vəsaitlərinin formalaşması, bölgüsü ( yenidən bölgüsü ) və istifadəsi üzrə yaranan iqtisadi
( pul ) münasibətləri büdcə münasibətləri adlanır. 
Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan bütün səviyyəli büdcələr
büdcələrarası münasibətlərarası münasibətlər çərçivəsində qarşılıqlı əlaqədədirlər. 
Büdcələrarası münasibətlər – müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar
Azərbaycan Respublikası dövlət büdcəsinin Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə
yerli büdcələrlə qarşılıqlı əlaqəsini ifadə edir. Başqa sözlə büdcələrarası münasibətlər
maliyyə resurslarının büdcələr arasında yenidən bölgüsü prosesində əmələ gələn iqtisadi 
münasibətləri ifadə edir. 
Büdcə münasibətləri vasitəsi ilə ayrı – ayrı büdcələr yenidən bölüşdürü – lən milli 
gəliri müəyyən hissəsini öz sərəncamına alır ki, bu da funksiyaların hakimiyyət ilə idarə 
etmə səviyyələri arasında bölgüsüdən asılı olaraq ciddi müəyyən edilmiş məqsədlərə
yönəldilir. Bu zaman büdcə fondlarında toplanmış maliyyə resurslarının həcmi bir sıra
amillərdən aşağıdakılardan ibarətdir : 
-
İqtisadiyyatın inkişaf səviyyəsindən
-
Müəssisələrdə ( təşkilatlarda ) mövcud təsərrüfatçılıq metodlarından ; 
-
Cəmiyyət qarşısında duran sosial – iqtisadi vəzifələrdən
-
İqtisadiyytda nəzərdə tutulan struktur yenidənqurmanın miqyasından və s. 
Büdcə münasibətləri subyektivdir, onlar maliyyə münasibətlərinin tərkib hissəsidir və
təsərrüfatçılığın bütün səviyyəsini ( respublika, region və yerli ) əhatə edir. Ayrı – ayrı
büdcələrin maliyyə resursları ilə yalnız təhkim edilmiş gəlirlər hesabına təmin edilməsi 
çox hallarda kifayətedici olmaz ki, bu da dövlətin öz funksiyalarını yerinə yetirməsini
təhlükə altında qoyur. Bu kimi problemlərin həll edilməsi məqsədilə ayrı – ayrı
büdcələrin maliyyə resurslarının kifayətedici olmaması büdcə sisteminin gəlirlərinin
bir hissəsinin büdcələr arasında yenidən bölüşdürülməsi hesabına tamamlanmış olur. 
Deməli büdcələrarası münasibətlər maliyyə resurslarının büdcələr arasında yenidən
bölgüsü prosesində əmələ gələn iqtisadi ( pul ) münasibətləri ifadə edir. Büdcə
münasibətlərinin köməyi ilə büdcə federalizmi sözün geniş mənasında büdcə
münasibətləri sistemi və ya prinsipi kimi başa düşülə bilər.
Büdcələrarası münasibətlərin əsasında aşağıdakı prinsiplər durur : 
-
Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli büdcələrinin
müstəqilliyi; 
-
Azərbaycan Respublikasının büdcə sisteminin büdcə münasibətlərinin bütün
iştirakçılarının maraqlarının balanslaşdırılması ; 
-
Azərbaycan Respublikasının büdcə hüquqların, Naxçıvan Muxtar Respublikasının
büdcə hüquqlarının və yerli ( bələdiyyə ) büdcə hüquqlarının eyniliyi ; 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin