Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə138/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   134   135   136   137   138   139   140   141   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
159


15 
Icbari sığortanın iqtisadi- təşkilati və hüquqi əsasını aşağıdakı prinsiplər təşkil 
edir: 
-
icbari və çoxəhatəli xarakter
-
sosial ədalət və ictimai həmrəylik 
-
dövlət zəmanətli tibbi yardımın pulsuz alınması. 
Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirilən əlavə 
könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını 
təmin edir. 
Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığorta edilənlər, tibbi sığorta 
təşkilatları, tibbi müəssisələri və qanunvericiliklə müəyyən olunmuş qaydada özəl 
tibbi xidmətlə məşğul olan şəxslərdir. 
Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında 
həyata keçirilir. 
Tibbi sığorta müqaviləsi- qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta 
edənlə tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta 
proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyələşdirilməsini və təşkilini 
müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir. 
“ Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq 
icbari tibbi sığorta sistemi dövlət büdcəsinin vəsaiti, sığorta edənin ödəmələri
icbari tibbi sığorta haqlarının ödənilməsi qaydalarının pozulması hallarında tətbiq 
olunan cərimə və dəbbə pulu, qanunvericilikdə qadağan olunmayan digər mənbələr 
hesabına maliyyələşdirilir. 
Ədəbiyyat: 
1. Azərbaycan Respublikasının Konstitusiyası 2004. 
2. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunu 2006. 
3. Azərbaycan Respublikası Prezidentinin 2002- ci il 31 avqust tarixli, 781 nömrəli 
Fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında Dövlət Sosial Müdafiə 
Fondu haqqında” əsasnamə. 
4. Dövlət Nüft Fondunun yaradılmasına dair Azərbaycan Respublikası 
Prezidentinin 1999- cu il 29 dekabr tarixli 434 nömrəli Fərmanı. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin