Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə136/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   132   133   134   135   136   137   138   139   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
157


13 
yüksək səviyyəli hökumət və parlament nümayəndələrindən ibarət Müşahidə 
Şurası həyata keçirir. 
Neft Fondu büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında 
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş 
Neft Fondunun büdcəsinə , o cümlədən vəsaitin istifadə edilməsinin əsas 
istiqamətləri və illik xərclər smetasına uyğun olaraq həyata keçirir. Müşahidə 
Şurasının başlıca vəzifəsi Neft Fondunun icraçı direktoru tərəfindən hazırlanan 
illik büdcə layihəsinə və büdcənin icrası barədə hesabatları, habelə illik hesabatlara 
və maliyyə fəaliyyətinin auditinin nəticələrinə rəy verməkdir. 
Neft Fondunun vəsaitlərinin idarə edilməsi Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı ilə təsdiq edilmiş investisiya qaydaları əsasında həyata 
keçirilir. Fondun vəsaiti nüfuzlu və beynəlxalq miqyasda tanınmış maliyyə 
qurumlarının hesablarında saxlanılır və investisiya dərəcəli yüksək kredit 
reytinqinə malik olan kooperativ borc kağızlarına yerləşdirilir, nüfuzlu xarici 
menecerlərin idarəetməsinə verilir. Hal- hazırda fondun vəsaitləri istiqrazlarda, o 
cümlədən inkişaf etmiş xarici ölkələrin dövlət istiqrazlarında, xarici dövlət 
agentlikləri tərəfindən borc kağızlarında , maliyyə institutları və banklar tərəfindən 
buraxılmış borc kağızlarında, depozitlərdə və pul bazarı alətlərində, struktur 
qiymətli kağızlarında ( xarici ölkələrin ipoteka qiymətli kağızları daxil olmaqla) 
yerləşdirilmişdir. Vəsaitlərin bir hissəsi 2 xarici menecerə Almaniyanın və 
İsveçrənin banklarına məhdud şəxslər altında idarəedilməyə verilmişdir. 
Neft Fondunun gəlirlərinin formalaşması mənbələri aşağıdakılardır: 
1) Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə 
edilən xalis gəlirlər; 
2) Neft- qaz sazışlərinin imzalanması və ya icrası bağlı Azərbaycan 
Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına 
sərmayəçilər tərəfindən ödənilən bonuslar ( mükafatlar). 
3) Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən 
müqavilə çərçivəsində istifadə üçün ödənilən vəsaitlər

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin