Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə133/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   129   130   131   132   133   134   135   136   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
153



- məcburi dövlət sosial sığorta haqları ödənilmdikdə və ya ödənilməsi
gecikdirildikdə sığorta edənlərin hesablaşma və digər hesabları üzrə köçürmə 
əməliyyatlarının (büdcəyə və digər icbari ödənişləri istisna olmaqla)aparılmasının 
dayandırılmasına, eləcə də yaranmış borc məbləğinin sığorta edənlərin bank 
təşkilatlarında olan hesabından tutulmasına dair qanunvericiliyə uyğun tədbir 
görmək; 
- qanunvericiliyə müvafiq olaraq maliyyə sanksiyalarının tətbiqi nəticəsində əldə 
edilən vəsaitin işçilərin maddi həvəsləndirilməsinə və Fondun maddi- texniki 
bazasının inkişaf etdirilməsinə yönəldilən hissəsinin xərclənməsi istiqamətlərini 
müəyyən etmək; 
- qanunvericilkdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 
Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri aşağıdakı mənbələr hesabına 
formalaşır; 
- məcburi və könüllü ( əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı; 
- dövlət büdcəsindən ayırmalar; 
- maliyyə sanksiyaları və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər; 
- sanatoriya- kurort xidmətindən ( yollayışlarının satışından) əldə edilən vəsait; 
- bank kreditləri
- qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər. 
Fondun əsas gəlir mənbəyi məcburi dövlət sosial sığorta haqlarından ibarətdir. 
Bu mənbə hesabına fonda bütün gəlirlərin 70,5% - in daxil olması nəzərdə tutulur. 
Mövcud qanunvericiliyə əsasən təşkilati- hüquqi formasından asılı olmayaraq 
bütün dövlət idarə, müəssisəvə təşkilatlarından , kooperativ, firma, birgə müəssisə 
və s- dən , dini təşkilatlardan, xaricdə olan diplomatik və s. nümayəndəliklərdən, 
Azərbaycana məxsus xaricdə olan müəssisə və filiallardan , səhmdar 
cəmiyyətlərindən, sığorta təşkilatlarından, ictimai birliklərdən, siyasi partiyalardan 
və s. əməyin ödəniş fonduna hesablanan dərəcələrlə sosial sığorta haqları tutur. 
Başqa sözlə, məcburi dövlət sosial sığorta haqları əməyin ödənişinə və gəlirlərə 
faizlə hesablanıb tutulur. Əməyin ödənişinə və gəlirlərə bütün növ əmək haqqı, 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin