Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə129/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   125   126   127   128   129   130   131   132   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
149



Əlillərin Sosial Müdafiəsi Fonduna ödəniş 1994- cü il 24 iyun tarixli, 831 saylı 
qanunla tənzimlənir. Bu qanuna əsasən fondun vəsaiti mülkiyyət formasından asılı 
olmayaraq müəssisə, idarə və təşkilatların mənfəətindən 1% ayırma və büdcə 
vəsaiti hesabına formalaşır. 
Vəsaitlərin cəlb edilməsi həcminə görə ən iri fond Azərbaycan Respublikası 
Dövlət Sosial Müdafiə fondudur. 
 
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu. 
Dövlət Sosial Müdafiə Fondunun vəzifələri, funksiyaları , idarəetmə- təşkilati 
strukturu Azərbaycan Respublikasının prezidentinin 2002- ci il 31 avqust tarixli 
781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının Dövlət 
Sosial Müdafiə Fondu haqqında” əsasnamə ilə müəyyən olunur.
2003- cü il 12 avqusta qədər DSMF əməyin ödənişi fondundan hesablanan sosial 
sığorta haqlarının toplanması ilə məşğul olurdu. Toplanan vəsaitlər pensiya və 
müavinətlərin maliyyələşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiə 
Nazirliyinin sərəncamına verilirdi. 
Azərbaycan Respublikası prezidentinin 4 avqust 2003- cü il tarixli fərmanı ilə 
bütün növ pensiya və pensiyaya əlavələrin təyin olunması, maliyyələşdirilməsi və 
ödənilməsinə nəzarət DSMF- ə həvalə edilmişdir. Bununla da sosial sığorta 
ödənişlərinin toplanması yalnız bir orqana DSMF- in nəzarətinə keçmiş oldu.
Nəticədə məşğulluq və əlillərin sosial müfdafiə fonduna əmək haqqı fondundan 
hesablanan ödənişlər vahid sosial ödənişlə əvəz edildi. 
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan 
Respublikasında məcburi dövlət sosial sığortası,pensiyalar və pensiyalara əlavə 
olunan müavinətlər sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti 
orqanıdır. 
Müstəqil maliyyə- kredit idarəsidir. Fond öz fəaliyyətində Azərbaycan 
Respublikasının Konstitusiyanı, Azərbaycan Respublikasının Dövlət Sosial Fondu 
haqqında əsasnaməni rəhbər tutur. Bu fondun pul vəsaiti dövlət mülkiyyətindədir, 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin