3
dövlət məqsədli fondların fəaliyyətinin tənzimlənməsi üzrə səlahiyyət Respublika
xəzinədarlığına həvalə edilmişdir.
Büdcədənkənar
fondlar müxtəlif əlamətlərinə görə aşağıdakı kimi
təsnifləşdirilir:
1)
müddətinə görə:
daimi və müvəqqəti
2)
məqsədlərinə görə: sosial müdafiə, iqtisadi
və digər
3)
mənsubiyyətinə görə: mərkəzi dövlət və yerli fondlara bölünürlər.
Büdcədənkənar məqsədli dövlət fondları sosial yönümə və ciddi məqsədli təyinata
malikdir. Məqsədli təyinatından asılı olaraq büdcədənkənar dövlət fondları iki
qrupa: məqsədli sosial fondlara və məqsədli iqtisadi fondlara ayrılır.
Azərbaycan Respublikasında büdcədənkənar məqsədli dövlət sosial fondlarına
aşağıdakılar daxildir:
1)
Dövlət Sosial Müdafiə Fondu;
2)
Əhalinin
Məşğulluğuna Kömək Fondu;
3)
Əlillərin Sosial Müdafiə Fondu.
Azərbaycan Respublikası prezidentinin 30 sentyabr 1992- ci il 233 saylı
fərmanına əsasən Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan
Respublikasının Sosial Sığorta Fondu bazasında
Azərbaycan Dövlət Sosial
Müdafiə Fondu, Azərbaycanda işsizlik problemini həll etmək və işsizlərə yardım
etmək məqsədilə isə “Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında”
27 iyun 1991- ci il tarixli, 146 saylı Azərbaycan Respublikasının qanununa uyğun
olaraq AR- nın NK- nin 12 iyul 1992- ci il 212 saylı qərarı ilə Azərbaycan
Respublikasında Əhalinin Məşğulluğuna Kömək dövlət Fondu yaradılmışdır.
Məşğulluq Fondu Müstəqil maliyyə sistemi kimi
respublika səviyyəsində və
yerli səviyyədə yaradılır və dövlət əhalinin məşğulluğu siyasətinin həyata
keçirilməsi tədbirlərini maliyyələşdirmək üçün istifadə edir.
Məşğulluq Fondunun vəsaiti Məşğulluq Xidməti İdarəsinin sərəncamındadır.
Məşğulluq Fondu bütün mülkiyyətindən olan müəssisə və təşkilatların , respublika
və yerli büdcələrin vəsaiti və s. mənbələr hesabına yaradılır.
Bu fonda könüllü
olaraq fiziki və hüquqi şəxslər də vəsait ödəyə bilər. Bu fond əsasən müsəssisə və
Dostları ilə paylaş: