9
Hazırda dövlət borclarının idarə edilməsi siyasəti bu borclarla bağlı
olan xərclərin
azaldılmasına yönəldilmişdir.
Bu istiqamətdə görülə biləcək ən səmərəli tədbir,
şübhəsiz ki, borcun əsas məbləğini
azaltmaqdan
ibarətdir , yəni söhbət son nəticədə əsas məbləğin tam ödənilməsindən gedir.
Dövlət xərclərindən törəyən transfer xərclərin azaldılmasının başqa bir üsulu yüksək
faizli borc öhdəliklərinin aşağı faizli öhdəliklərlə əvəzlənməsidir.
Bu əməliyyat dövlət
borclarının əvəzlənməsi adlanır. Borcların idarə edilməsində istifadə bir üsul da qısa və
orta müddətli borclara çevirməkdən ibarətdir, ya da onların ödəmə müddətini azaltmaqdan
ibarətdir. Borcların idarə edilməsində istifadə olunan bu əməliyyata dövlət borclarının
möhkəmləndirilməsi deyilir.
Belə şəraitdə borcun əsas məbləği ödənilmədiyi üçün dövlət borcları ilə əlaqədar olan
xərclər azalır. Dövlət borclarının normal idarə edilməsi əməliyyatlarının başında faiz
məsrəflərinin müntəzəm ödənilməsi durur. Borcların normal idarə edilməsi
funksiyalarından biri nominal qiymətli dövlət kağızlarının
mövqeyini möhkəmlətmək ,
onların qiymətlərini mühafizə etməkdir.
Dostları ilə paylaş: