Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Dövlət borclarının idarə edilməsi



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə124/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   120   121   122   123   124   125   126   127   ...   155
Büdcə Sistemi

Dövlət borclarının idarə edilməsi 
Qeyd etdiyimiz kimi dövlət borcları gələcək inkişaf üçün müəyyən problemlər də 
yaradır. Belə borcların ödənilməsi dövlətin üzərinə bir sıra öhdəliklər qoyur. Onların 
yerinə yetirilməsi borc xidmətlərinin vaxtında təmin edilməsi, başqa sözlə , dövlət 
borclarının ( və ya qiymətli kağızların) faizlərinin vaxtlı- vaxtında, hər hansı gecikdirmə 
olmadan ödənilməsi və borcun əsas məbləğinin qaytarılması ilə bağlıdır. Dövlətin borc 
xidmətlərinin yerinə yetirilməsi transfer xərclərin təmin edilməsi üzrə öhdəliyin 
götürülməsi deməkdir.
Dövlət həmişə bu cür xərcləri mümkün qədər azaltmağa və özünə ən münasib
vəziyyətdə saxlamağa çalışır.
KitabYurdu.az 
144



Hazırda dövlət borclarının idarə edilməsi siyasəti bu borclarla bağlı olan xərclərin 
azaldılmasına yönəldilmişdir. 
Bu istiqamətdə görülə biləcək ən səmərəli tədbir, şübhəsiz ki, borcun əsas məbləğini 
azaltmaqdan ibarətdir , yəni söhbət son nəticədə əsas məbləğin tam ödənilməsindən gedir. 
Dövlət xərclərindən törəyən transfer xərclərin azaldılmasının başqa bir üsulu yüksək 
faizli borc öhdəliklərinin aşağı faizli öhdəliklərlə əvəzlənməsidir. Bu əməliyyat dövlət 
borclarının əvəzlənməsi adlanır. Borcların idarə edilməsində istifadə bir üsul da qısa və 
orta müddətli borclara çevirməkdən ibarətdir, ya da onların ödəmə müddətini azaltmaqdan 
ibarətdir. Borcların idarə edilməsində istifadə olunan bu əməliyyata dövlət borclarının 
möhkəmləndirilməsi deyilir.
Belə şəraitdə borcun əsas məbləği ödənilmədiyi üçün dövlət borcları ilə əlaqədar olan 
xərclər azalır. Dövlət borclarının normal idarə edilməsi əməliyyatlarının başında faiz 
məsrəflərinin müntəzəm ödənilməsi durur. Borcların normal idarə edilməsi 
funksiyalarından biri nominal qiymətli dövlət kağızlarının mövqeyini möhkəmlətmək , 
onların qiymətlərini mühafizə etməkdir.

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin