Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə127/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   123   124   125   126   127   128   129   130   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
147



dövlət məqsədli fondların fəaliyyətinin tənzimlənməsi üzrə səlahiyyət Respublika 
xəzinədarlığına həvalə edilmişdir.
Büdcədənkənar 
fondlar müxtəlif əlamətlərinə görə aşağıdakı kimi 
təsnifləşdirilir: 
1)
müddətinə görə: daimi və müvəqqəti 
2)
məqsədlərinə görə: sosial müdafiə, iqtisadi və digər 
3)
mənsubiyyətinə görə: mərkəzi dövlət və yerli fondlara bölünürlər. 
Büdcədənkənar məqsədli dövlət fondları sosial yönümə və ciddi məqsədli təyinata 
malikdir. Məqsədli təyinatından asılı olaraq büdcədənkənar dövlət fondları iki 
qrupa: məqsədli sosial fondlara və məqsədli iqtisadi fondlara ayrılır. 
Azərbaycan Respublikasında büdcədənkənar məqsədli dövlət sosial fondlarına 
aşağıdakılar daxildir: 
1)
Dövlət Sosial Müdafiə Fondu; 
2)
Əhalinin Məşğulluğuna Kömək Fondu; 
3)
Əlillərin Sosial Müdafiə Fondu. 
Azərbaycan Respublikası prezidentinin 30 sentyabr 1992- ci il 233 saylı 
fərmanına əsasən Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan 
Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Dövlət Sosial 
Müdafiə Fondu, Azərbaycanda işsizlik problemini həll etmək və işsizlərə yardım 
etmək məqsədilə isə “Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında” 
27 iyun 1991- ci il tarixli, 146 saylı Azərbaycan Respublikasının qanununa uyğun 
olaraq AR- nın NK- nin 12 iyul 1992- ci il 212 saylı qərarı ilə Azərbaycan 
Respublikasında Əhalinin Məşğulluğuna Kömək dövlət Fondu yaradılmışdır.
Məşğulluq Fondu Müstəqil maliyyə sistemi kimi respublika səviyyəsində və 
yerli səviyyədə yaradılır və dövlət əhalinin məşğulluğu siyasətinin həyata 
keçirilməsi tədbirlərini maliyyələşdirmək üçün istifadə edir. 
Məşğulluq Fondunun vəsaiti Məşğulluq Xidməti İdarəsinin sərəncamındadır. 
Məşğulluq Fondu bütün mülkiyyətindən olan müəssisə və təşkilatların , respublika 
və yerli büdcələrin vəsaiti və s. mənbələr hesabına yaradılır. Bu fonda könüllü 
olaraq fiziki və hüquqi şəxslər də vəsait ödəyə bilər. Bu fond əsasən müsəssisə və 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin