Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Azərbaycan Respublikasının xarici borcunun formaları və tərkibi



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə122/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   118   119   120   121   122   123   124   125   ...   155
Büdcə Sistemi

 
Azərbaycan Respublikasının xarici borcunun formaları və tərkibi. 
Azərbaycan Respublikasının xarici dövlət borcu Azərbaycan Respublikasının dövlət 
borcunun tərkib hissəsi olmaqla, Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından 
xarici hüquqi və fiziki şəxslərlə , həmçinin beynəlxalq maliyyə təşkilatları ilə bağladığı 
müqavilələrə əsasən bilavasitə yerinə yetirilməmiş maliyyə öhdəliklərinin xarici valyutada 
yekununu əks etdirir. 
Azərbaycan Respublikası dövlət büdcəsinin təsnifatına əsasən Azərbaycan 
Respublikasının dövlət xarici borcunun maliyyələşdirmə mənbələri aşağıdakılar hesab 
edilir: 
-
Uzunmüddətli istiqrazlar; 
KitabYurdu.az 
142



-
Qısamüddətli istiqrazlar və veksellər; 
-
Başqa kateqoriyalara aid edilməyən uzunmüddətli ssudalar
-
Başqa kateqoriyalara aid olmayan qısamüddətli ssuda və avanslar; 
-
Sair öhdəliklər; 
-
Bank hesablarında valyuta qalıqlarının dəyişdirilməsi. 
Azərbaycan Respublikası xarici dövlət borcunun vəsaitlərinə aşağıdakılar aiddir: 
-
Milli valyutadan başqa istənilən qanuni xarici valyuta borc haqqında müqaviləni 
özündə əks etdirən dövlət qiymətli kağızları; 
-
Xarici 
dövlətlərin 
hökumətlərindən, 
xarici 
dövlətlərin 
hökumətlərinin
agentlərindən( müvəkkilərindən) alınan borclar; 
-
Xarici maliyyə- kredit təşkilatları və beynəlxalq maliyyə təşkilatları tərəfindən 
verilən kreditlər; 
-
Digər xarici xüsusi banklardan və fondlardan alınan ikitərəfli və çoxtərəfli 
kreditlər. 
Xarici dövlət borcları üzrə alınmış vəsaitlər aşağıdakı məqsədlər üçün istifadə olunur: 
-
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi
-
Tədiyyə balansının saxlanmasına; 
-
Investisiya layihələrinin maliyyələşdirilməsinə; 
-
Xammalın, enerji resurslarının və digər məhsullarının idxalına; 
-
Kreditlər üzrə dövlət zəmanətləri ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə. 
Xarici kreditlər üzrə alınan vəsaitlər, büdcədən maliyyələşən təşkilatlara investisiya və 
ya idxal üçün nəzərdə tutularsa, bu borclar Azərbaycan Respublikası Hökumətinin və Milli 
Məclisin müvafiq qərarlarında müəyyən olunmuş şərtlər əsasında Maliyyə Nazirliyi 
tərəfindən idarə olunur. 
Azərbaycan Respublikasının xarici borcu – struktur dəyişiklikləri ilə əlaqədar ( maliyyə 
- bank; satınalmalar,enerji sektoru, su və digər dövlət sektorlarında aparılan islahatların 
həyata keçirilməsi üçün) Dünya Bankından alınmış kreditlər, yoxsulluğun azaldılması və 
inkişafına kömək məqsədilə Beynəlxalq Valyuta Fondundan alınmış kreditlər, ixracat 
məqsədilə Türkiyə Eksimbankından alınmış kreditlər və digər kommersiya banklarından 
alınmış kreditlərdən ibarətdir.
Xarici ölkələrdən kreditlər uzunmüddətli və aşağı faizlə alınmışdır. 
Hökumət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi ilə 
əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti 11 iyun 2001- ci ildə fərman 
imzalamışdır. 
Fərmanla müəssisə və təşkilatlar tərəfindən hökumət zəmanəti ilə alınan kreditlərin 
vaxtında qaytarılmasına nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin