Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə121/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   117   118   119   120   121   122   123   124   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
141



2.
Dövlət istiqrazları qısamüddətli – bir 
il 
müddətinədək 
ödənilən 

ortamüddətli – beş ilədək; uzunmüddətli – beş ildən yuxarı olur. 
3.
Gəlirlik növlərinə görə istiqrazlar faizli və uduşlu ola bilər. 
4.
Dövlət istiqrazları yerləşdirilməsi yerinə görə daxili( mili valyutada) və xarici( 
kreditor ölkənin, borc alan ölkənin, üçüncü ölkənin valyutasında) olur. Daxili 
istiqrazları xarici ölkə vətəndaşları da ala bilər. 
Dövlət istiqrazlarının mahiyyəti ondan ibarətdir ki, dövlətin kreditorları rolunda dövlətə 
könüllü olaraq pul vəsaitlərini ssuda formasında verən ssuda kapitalının sahibi çıxış edir. 
Dövlət istiqrazları bir qayda olraq pul formasında olur. Dövlət istiqrazlarının ümumi 
həcmində daxili istiqrazların xüsusi çəkisi yüksəkdir. 
Dövlət istiqrazları həm mərkəzi hökumət tərəfindən, həm də yerli idarəetmə ( 
bələdiyyə) orqanları tərəfindən buraxıla bilər.
Dövlət qiymətli kağızlarının buraxılmasının əsas məqsədi aşağıdakılardır: 
-
Cari büdcə kəsirinin maliyyələşdirilməsi; 
-
Əvvəllər buraxılmış istiqrazların ləğv edilməsi( ödənilməsi); 
-
Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi; 
-
Bütün maliyyə ili ərzində vergi daxilolmalarının bərabər həcmdə təmin edilməsi; 
-
Büdcə ödəmələrinin ardıcıllığının tənzimlənməsi; 
-
Dövlətin müəyyən edilmiş pul- kredit siyasətinin həyata keçirilməsi; 
-
Dövlət əhəmiyyətli sosial problemlərin həlli və s. 
Bələdiyyə qiymətli kağızları aşağıdakı məqsədlərlə buraxılır: 
-
Yerli büdcələrin formalaşdırılması; 
-
Yerli iqtisadi inkişaf proqramının həyata keçirilməsi; 
-
Yerli əhəmiyyətli sosial , mədəni və məişət problemlərinin həll edilməsi; 
-
Alqı- satqı əməliyyatlarının həyata keçirilməsi. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin