1
Mövzu 13: Dövlət borclarına xidmət
edilməsinə büdcə xərcləri.
1. Dövlət borcunun mahiyyəti və məqsədi. Dövlət zəmanəti və onun mahiyyəti.
2. Dövlət borcunun formaları və tərkibi.
3. Azərbaycan Respublikasında daxili dövlət borcunun formaları və tərkibi.
Azərbaycan
Respublikasının xarici dövlət borcunun formaları və tərkibi.
4. Dövlət borcunun ödənilməsinin təşkili və dövlət borcunun qaytarılması üzrə büdcə
xərcləri.
5. Dövlət zəmanəti ilə alınan kreditlər.
6. Dövlət borcunun idarə edilməsi.
Ədəbiyyat
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002.
3. “Dövlət borcu haqqında “Azərbaycan Respublikasının Qanunu.2007.
3. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003.
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007.
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010.
KitabYurdu.az
137
2
Hər bir dövlətin mövcud maliyyə vasitəsi ilə onun xərcləri arasında
müəyyən dövr
ərzində fərq əmələ gələ bilər. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Belə ki, müsbət
fərq olduqda həmin vəsait dövlətin ehtiyatına keçir. Bu fərq mənfi olduqda isə hər hansı
bir mənbə hesabına ödənilməlidir. Həmin mənbənin tapılması bu fərqin bağlanması
prosesi və sonradan borcun qaytarılması borclanma adlanır. Başqa sözlə desək, hökumətin
xərclərinin gəlirlərlə örtülə bilməyən hissəsinin digər mənbələrdən borc hesabına
ödənilməsi və hər bir hüquqi və fiziki şəxsə zəmanət verilməsi nəzərdə tutulur.
Dövlət borcu – müxtəlif xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan
və dövlətin öhdəliyi əsasında müəyyən edilmiş müddətlərdə qaytarılması nəzərdə tutulan
maliyyə vəsaitidir.
Dövlət borcları normal istifadə olunarsa, sosial- iqtisadi inkişafa
müsbət təsir göstərə
bilər. Əgər onlar yalnız cari istehlak məqsədlərinə istifadə olunarsa,
bu zaman cəmiyyət
üçün ağır bir yükə çevrilir.
Beynəlxalq maliyyə - kredit və digər kredit təşkilatları ilə saziş əsasında ölkədə həyata
keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı- ayrı prioritet hesab edilən layihələrin
maliyyələşdirilməsi məqsədilə müvafiq qaydada hökumət zəmanətləri verilir. Belə ki,
dövlət büdcəsində həmin il tələb olunan məbləğdə vəsait olmadıqda hökumət zəmanətlə
borc alır və gələcək illərin büdcəsində bu borcun ödənilməsi üçün vəsait nəzərdə tutulur.
Dövlət zəmanətinin verilməsi məsələsinə dövlət investisiya proqramları çərçivəsində
baxılır və kreditlə əhatə olunan layihələr üzrə texniki- iqtisadi əsaslandırmalara və kredit
sazişinin şərtlərinə Maliyyə Nazirliyi və digər əlaqədar orqanlar tərəfindən
müvafiq rəy
verilir.
Dövlət borc zamanı hüquqi və fiziki şəxslərin və digər qurumlarla qənaətlə yığdıqları
vəsaiti özünə cəlb edir və buna uyğun olaraq borcun müddəti bitdikdə geri qaytarır. Buna
görə də borclanma həm dövlətə gəlir gətirir, həm də dövlət xərclərini artırır.
Dövləti
borclanmaya sövq edən əsas səbəb dövlətin ən vacib xərclərini tam maliyyələşdirmək
məcburiyyətidir. Bu xərclər heç də həmişə vergilər və digər dövlət gəliri ilə təmin edilə
bilmir. Çünki dövlətin vergi və digər ənənəvi gəlirlərinin artırılmasının müəyyən hüdudu
vardır. Bu hüdud nə qədər geniş olsa da elə dövlət
xərcləri meydana gəlir ki, həmin
gəlirlər bunun üçün kifayət etmir. Dövlətin borclanması və borcların
idarə edilməsi də
dövlət xərcləri və gəlirləri kimi onun maliyyə siyasətinin mühüm tərkib hissəsidir.
Dövlət borclanmaya və borcların idarə edilməsinə başlayarkən bu vəsaiti ilə özünə gəlir
əldə etmək məqsədini deyil, iqtisadi və sosial vəzifələri reallaşdırmaq istəyir.
Əsasən
dövlət ən çox inflyasiya dövrlərində borclanır.Əsas məqsəd sərf ediləcək xərclərin təmin
edilməsi deyil, iqtisadiyyatda pul- kredit və valyuta sahəsindəki çətinlikləri aradan
qaldırmaqdır.
Dostları ilə paylaş: