Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə123/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   119   120   121   122   123   124   125   126   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
143



tapşırılmışdır ki, Hökumət zəmanəti ilə kredit 
almış 
dövlət 
müəssisə 
və 
təşkilatlarında nazirliyin nümayəndəliyini təyin etsin, hökumət zəmanəti ilə kredit almış
müəssisə və təşkilatlarda alınmış vəsaitin istifadə olunması vəziyyətini hərtərəfli araşdırıb 
öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görsün və bu barədə rübdə bir dəfə 
Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinə hesabat versin. 
Borc almısansa qaytarmalısan. Bu dövlətə də aiddir, lakin dünya təcrübəsi göstərir ki, 
bütün borclular kimi dövlət də məcbur edilmədikdə və ya tələb olunmadıqda öz borc 
öhdəliklərini yerinə yetirməyə həvəs göstərmir. Dövlət büdcəsində vəziyyət yaxşıdırsa , 
kəsir yoxdursa və ya artıqlıq varsa , parlamentlər dövlət borclarını mövcud vəsait
hesabına tam və ya qismən ödəməklə , əldəki vəsaiti müxtəlif sahələr üzrə bölüşdürməklə 
dövlət xərclərini artırmağa üstünlük verirlər. Halbuki dövlət borcunun müntəzəm 
ödənilməsi dövlətin imicinin qorunmasının ,hakimiyyətə inamın artmasının vacib şərtidir. 
Belə olduqda bu vəzifəni yerinə yetirəcək ödəmə fondu yaradılmalıdır. Bu fondu təşkil 
edəcək vəsait əlavə borc hesabına toplanmalıdır. Belə fondun yaradılmasına dövlət büdcə 
vəsaiti ayırsa, kəsir yarana bilər. Borcların birbaşa ödənilməsi üçün təbii ki, büdcədən 
vəsait ayrılmalıdır. Büdcənin ən mühüm gəliri vergi olduğuna görə , deməli, dövlət 
borcları da vergidaxilolmaları hesabına qaytarılır. Bu məqsədlə ən asan üsul büdcə 
artıqlığını borc ödənişinə yönəltməkdən ibarətdir. 
Borcların nizamlı, müntəzəm və mükəmməl bir surətdə ödənilməsi dövlətin etibarının 
qorunmasında əsas şərtdir.
Dövlət borclarının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün istifadə edilə bilən 
digər bir maliyyələşdirmə üsulu dövlətin bəzi vergi gəlirlərini bəzi borcların 
qaytarılmasına yönəltməkdən ibarətdir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin