4
Dövlət
qiymətli kağızı – dövətin borcunun bir forması olmaqla,
borc alan
timsalında Azərbaycan Respublikası ilə kreditor timsalında fiziki və hüquqi şəxslər
arasında milli və ya digər valyutada qısa müddətli və ya uzunmüddətli borc
müqaviləsindən irəli gəlir.
Faizli qiymətli kağız üzrə ( dövlət istiqrazı ) əsas borc məbləği –
ödəniş gününə
ödənilməli olan qiymətli kağızın nominal dəyərinin ümumi məbləğidir.
Diskontlu qiymətli kağız – nominal dəyərindən aşağı qiymətə satılan qiymətli kağızdır.
Təxsisat – parlament tərəfindən Hökumətə verilməsi səlahiyyət çərçivəsində
xəzinədarlıq vasitəsilə həyata keçirilən xərclərdir.
Daimi təxsisat – il ərzində təsdiq olunmuş büdcə haqqında qanundan yenidən təsdiqi
tələb edilməyən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məqsəd üçün həyata keçirilən
büdcə xərcləridir.
Xəzinədarlıq hesabı – bütün gəlirlərin toplandığı
və büdcə xərclərinin həyata
keçirildiyi hesabdır.
Təminat müqaviləsi – Maliyyə Nazirliyi ilə kreditor arasında ödənişlərin həyata
keçiriləcəyi haqqında bağlanan müqavilədir.
Azərbaycan Respublikasının daxili dövlət borcunun formaları və tərkibi.
Azərbaycan Respublikasının daxili dövlət borcu Azərbaycan Respublikasının
dövlət
borcunun
tərkib hissəsi olmaqla, Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslər ilə bağladığı müqavilələrin bilavasitə
yerinə yetirilməmiş öhdəlikləri ilə borc vəsaitlərinin milli valyutada yekununu əks etdirir.
Daxili borc- dövlətin daxili bazarlarından əldə etdiyi, yəni ölkə daxilində yerləşən
müəssisə və təşkilatlardan, banklardan və yaxud əhalidən cəlb edilən borclara deyilir.
Hər hansı bir borcun daxili borc olub- olmadığını
müəyyənləşdirən əsas əlamət
müəyyənləşdirən əsas əlamət borcun alınma yeridir. Əgər borc milli maliyyə mənbəyi ilə
təmin olunarsa , onda bu borc daxili borcdur.
Daxili borclar dövlət borcunun ən mühüm hissəsini təşkil edir. Həmçinin qeyd
olunmalıdır ki, inflyasiyanın sabit olduğu şəraitdə dövlətin daxili maliyyə bazarlarından
borclanması xarici maliyyə bazarlarından borclanmasından daha asandır və üstündür.
Bundan başqa, dövlət daxili maliyyə bazarlarından borclanarkən satdığı dövlət
istiqrazlarının pulunu tez bir zamanda əldə edir və tez bir zamanda da dövlət xərclərini
ödəyir.
Normal şəraitdə, yəni iqtisadi sabitlik dövründə dövlətin buraxdığı istiqrazların
daxili
maliyyə bazarlarında alıcının tapılması heç də çətin olmur. Dövlət qiymətli kağızlarını
alanlar müxtəlif qurumlar ola bilərlər- müxtəlif fondlar, xeyriyyə cəmiyyətləri,
sosial
Dostları ilə paylaş: