Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə125/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   121   122   123   124   125   126   127   128   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
145



Mövzu 18: Büdcədənkənar dövlət fondları. 
Plan 
1. Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi. 
2. Büdcədənkənar dövlət sosial fondları hesabına həll edilməsi mümkün olan 
məsələlər. 
3. Büdcədənkənar fondların təsnifatı. 
4. Dövlət Sosial Müdafiə Fondu. Əhalinin Məşğulluğuna Kömək Fondu. 
5. Əlillərin Sosial Müdafiəsi Fondu. 
6. Azərbaycan Respublikasının Dövlət Neft Fondu. Tibbi Sığorta Fondu. 
“ Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda göstərildiyi 
kimi büdcədənkənar dövlət fondları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən
hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə 
malik olan məqsədli dövlət maliyyə fondudur. Başqa sözlə büdcədənkənar dövlət 
fondları Dövlət büdcəsindən və Azərbaycan Respublikası subyektlərinin
büdcələrindən kənar yaradılan, vətəndaşların konstitutsiya hüquqlarının təmin 
edilməsi, iqtisadi və sosial xarakterli bəzi tələbatlarının ödənilməsi üçün müəyyən 
edilmiş pul vəsaitləri fondlarıdır. Həmin fondlar bir növ ayrı- ayrı sosial, iqtisadi , 
kredit, sənaye və s.problemlərin həlli məqsədilə yaradılır. Ona görə də 
büdcədənkənar fondlarda toplanan vəsaitlər məqsədilə xarakter daşıyır. 
Büdcədənkənar fondlar- milli gəlirin müəyyən sosial və iqtisadi məqsədlər 
üçün yenidən bölgüsü və istifadə edilməsinin bir formasıdır. Bütövlükdə istər 
dövlət büdcəsinin və istərsə də büdcədənkənar fondların mənbəyi ÜDM, birinci 
növbədə milli gəlir təşkil edir. Lakin, konkret mənbə baxımından götürüldükdə 
büdcədənkənar fondlar xüsusi vergi və yığımlar , habelə dövlət büdcəsi , bəzi 
ölkələrdə isə istiqrazlar, borclar hesabına formalaşır. Büdcədənkənar fondlara bəzi 
mənbələrdən vəsaitlər qaytarılmaq və qaytarılmamaq şərti ilə həyata keçirilə bilər. 
Büdcədənkənar dövlət fondlarının yaradılmasının zəruriliyi aşağıdakılardan 
ibarətdir: dövlət büdcədənkənar fondlarının yaradılması hər şeydən əvvəl maliyyə 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin