4
təşkilatların məcburi tədiyələri hesabına təşkil olunur.
Məşğulluq fonduna ödəniş
müəssisələrin əməyin ödənişinə yönəldilən vəsaitin 2 % miqdarında müəyyən
edilir və bu məsrəflər maya dəyərinə daxil edilir.
Əhalinin Məşğulluq Fondunun vəsaitindən qarşıya qoyulan proqramdan asılı
olaraq iş yeri olmayan vətəndaşların işə düzəldilməsi, ixtisas öyrədilməsi, ictimai
işlərə, işləməyənlərə müvəqqəti yardımlar
verilməsi, oxuyanlara təqaüd verilməsi
və s. məqsədlərə istifadə olunur.
Əhalinin Məşğulluq Fondunun əsas xərc hissəsini
işləməyənlərə müavinət
verilməsi xərcləri təşkil edir. Müavinət verilərkən onların işlədiyi müddətdə
aldıqları orta aylıq əmək haqqı əsas götürülür. Bir
çox inkişaf etmiş ölkələrdə
müavinət əmək haqqı fondunun 50- 60% - ni , İsveçrədə isə 80,5%- ni təşkil edir.
Azərbaycan Respublikasının Əllilərin Sosial Müdafiə Fondu “ Əlilliyin
qarşısının alınması, əllilərin reabilitasiyası və sosial müdafiə haqqında” 25 avqust
1992-
ci il tarixli, 284 saylı Azərbaycan Respublikasının Qanununa əsasən
fəaliyyət göstərir və Əlillərin Sosial Müdafiə Fondu AR- nın Nazirlər Kabinetinin
“ Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiə Fondunun yaradılması
barədə “ 1993- cü il 5 avqust tarixli qərarı ilə yaradılmışdır.
Əllilərin Sosial Müdafiə Fondunun büdcəsi
Dövlət büdcəsinin vəsaitləri,
mülkiyyət formasından aılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən
müəssisə , idarə və təşkilatların mənfəətindən 1% məcburi ayırmalar, idarə ,
müəssisə və təşkilatların , habelə vətəndaşların ianələri, fondun sahibkarlıq
fəaliyyətindən
əldə olunan vəsaitlər, xeyriyyə tədbirlərindən toplanan vəsaitlər
hesabına formalaşır.
Azərbaycanda büdcədənkənar dövlət fondlarının hüquqi- normativ bazası 31
dekabr 1991 – ci tarixli 40 saylı Azərbaycan Respublikasının
qanunu ilə
yaradılmışdır.Bu qanuna əsasən müəssisə, idarə, təşkilatlar sosial sığortaya və
məşğulluq fonduna ayırma həyata keçirməlidir.
Kommersiya fəaliyyəti ilə məşğul
olan sənaye müəsisələrində, digər müəssisə və
təşkilatlarda əmək haqqı fondu üzrə Sosial Sığorta Fonduna ayırma 27%, kənd
təsərrüfatı müəssisələrində 23% müəyyən edilmişdir.
Dostları ilə paylaş: