6
digər fondların tərkibinə daxil deyildir və başqa başqa
məqsədlər üçün götürülə
bilməz.
Fondun NMR- da müvafiq idarəsi, Azərbaycan Respublikasının
rayon və
şəhərlərində şöbələri fəaliyyət göstərir. Fond öz fəaliyyətini digər mərkəzi və yerli
icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları , ictimai təşkilatlarla
əlaqəli şəkildə həyata keçirir.
Fondun əsas vəfizələri aşağıdakılardır:
1. dövlətin sosial sığorta siyasətinə dair təkliflərin hazırlanması
və bu siyasətin
həyata keçirilməsində iştirak etmək;
2. fondun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin
etmək;
3. təşkilati- hüquqi formasından və mülkiyyət növündən asılı
olmayaraq hüquqi
şəxslərdən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (
sığortaedənlərdən) eləcə də sığorta olunanlardan qanunvericiliklə müəyyən
olunmuş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını
təşkil
etmək;
4. öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta, pensiyalar və
pensiyalara əlavə olunan müavinətlər sahəsində qanunvericilik aktlarının
tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı
üzrə istifadəsinə nəzarəti
həyata keçirmək;
5. məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə
bütün
pensiyaların
və
pensiyalara
əlavə
olunan
müavinətlərin
maliyyələşdirilməsini həyata keçirmək;
6. məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı xərclərin
maliyyələşdirilməsini
təmin etmək;
- qanuna uyğun olaraq əmək( sosial sığorta) pensiyaları;
- könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət(qanunvericiliklə
müəyyən olunmuş dövr üçün)
- uşağın anadan olmasına görə birdəfəlik müavinət;
Dostları ilə paylaş: