Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə135/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   131   132   133   134   135   136   137   138   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
155


11 
tabeli digər şəhərlərdə 80% - i, rayon mərkəzlərində, digər şəhərlərində və 
qəsəbələrdə 60%- i, kənd yerlərində 50%- i miqdarında məcburi dövlət sosial 
sığorta haqları ödəyirlər. 
AR- nin Milli Məclisinin qərarı , prezidentin fərman və sərəncamları ilə vəzifəyə 
təyin olunan şəxslər, dövlət qulluqçuları, seçkili ödənişli vəzifələrdə işləyənlər, 
prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri, 
əmək müqaviləsi( kontraktı) ilə işləyənlər və kontraktla hərbi qulluğa qəbul 
edilmiş hərbi qulluqçular hesablanmış əmək haqqının 3%- i miqdarında məcburi 
dövlət sosial sığorta haqqı ödəyirlər. 
Dövlət Sosial Müdafiə Fondunun vəsaiti aşağıdakı məqsədlərə istifadə edilir: 
- əmək pensiyalarının verilməsi: 
- könüllü sosial sığorta əsasında dövlət pensiyalarına əlavə; 
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 
- hamiləliyə və doğuma görə müavinət; 
- uşağın anadan olmasına görə birdəfəlik müavinət
- qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla 
əlaqədar müavinət; 
- sığorta olunanların sanatoriya – kurort müalicəsi üzrə xərclərin tam və ya qismən 
ödənişi; 
- məşğulluq tədbirlərinin həyata keçirilməsi; 
- əlillərin sosial müdafiəsi, tədbirlərinin həyata keçirilməsi qanunvericilikdə nəzərə 
tutulmuş digər xərclər. 
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Dövlət Neft Fondu hüquqi şəxs statuna malik büdcədənkənar dövlət fondudur. 
Fond neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair 
sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi 
gəlirlərin toplanması və səmərəli idarə edilməsi mexanizmidir.
KitabYurdu.az 
156


12 
Spesifik büdcədənkənar fond olan Dövlət Neft Fondu ( ARDNF) Azərbaycan 
Respublikasının Prezidentinin 1999- cu il 29 dekabr tarixli, 240 saylı fərmanına 
uyğun olaraq yaradılmışdır. 
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Əsasnaməsi Azərbaycan 
Respublikası prezidentinin 29 dekabr 2000- ci il tarixli 434 nömrəli firmanı ilə 
təsdiq edilmişdir. Ölkə prezidentinin 19 iyun 2001- ci il tarixli 511 nömrəli fərmanı 
ilə ARDNF- in valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi 
haqqında qaydalar təsdiq edildikdən sonra Neft Fondu Əməli fəaliyyətə 
başlamışdır. 
Neft Fondunun yaradılmasının əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli 
bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondunun qarşısında duran əsas 
vəzifə Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin 
mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində 
bağlanmış sazişlərin həyata keçirilməsindən və Neft Fondunun öz fəaliyyətindən 
əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli əldə edilməsini təmin 
etməkdir. Bundan başqa Neft Fondunun qarşısında ölkə iqtisadiyyatını artan xarici 
valyuta daxilolmalarının mümkün mənfi təsirlərindən qorumaq, makroiqtisadi 
tarazlığı təmin etmək kimi mühüm vəzifələr durur. 
Neft Fondu Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və 
məsuliyyət daşıyır. Fond eləcə də özünün nəzarətedici orqanı olan Müşahidə 
Şurasına və Milli Məclis tərəfindən yaradılmış Hesablama Palatasına hesabat verir. 
Prezident Fondun fəaliyyət qaydasını müəyyən edir, icraçı direktorunu müəyyən 
edir və işdən azad edir. Müşahidə şurasının üzvlərini təyin edir. 
Müşahidə şurası NF- nin aktivlərin istifadəsi barədə hesabat hazırlanması 
qaydalarını müəyyənləşdirir,NF- nin illik hesabatına, auditor hesabatına və 
büdcəyə rəy verir. ARDNF icraçı direktoru operativ idarəetməni həyata keçirir, 
illik investisiya strategiyasını hazırlayır. Iqtisadi İnkişaf Nazirliyi və birgə Neft 
Fondunun xərclər proqramını formalaşdırır, prezidentə hesabatı təqdim edir. Neft 
Fonduna icraçı direktor rəhbərlik edir. Neft Fondunun fəaliyyətinə ümumi nəzarəti 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin