Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə137/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   133   134   135   136   137   138   139   140   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
158


14 
4) Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə 
edilən gəlirlər
5) Neft- qaz sazişçləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 
və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə 
edilən gəlirlər; 
6) Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə 
edilən gəlirlər; 
Neft Fondunun vəsaiti. Əsasnaməyə uyğun olaraq onun vəsaiti ölkənin sosial 
iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji 
əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə 
oluna bilər.
Neft fondunun vəsaiti hesabına əsasən iki mühüm layihə : 
- Ermənistan Respublikasının etnik tənzimləmə və təcavüz siyasəti nəticəsində öz 
doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial – 
məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli 
və Bakı- Tbilisi- Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinə Azərbaycan 
Respublikasının iştirak payının maliyyələşdirilməsi həyata keçirilir. 
Tibbi Sığorta Fondu 
Tibbi sığorta müxtəlif səbəblər üzündən əhalinin sağlamlığının itirilməsi 
hallarında sosial müdafiəsinin bir formasıdır. 
Tibbi sığorta sığorta hadisəsi baş verdikdə ( xəstələndikdə) toplanmış vəsait 
hesabına əhalinin tibbi yardım almasına təminat verir. “ Tibbi sığorta haqqında” 
Azərbaycan Respublikasının Qanunu 28 oktyabr 1999-cu ildə qəbul edilmişdir.
Sığorta olunanlardan yığılmış vəsait hesabına zəmanətli tibbi yardımın və 
profilaktiki tədbirlərin maliyyələşdirilməsi, sığorta hadisəsinin baş verdiyi hallarda 
ödənilməsi tibbi sığortanın əsas məqsədidir. 
Tibbi sığorta icbari və könüllü qaydada həyata keçirilir. Icbari tibbi sığorta 
dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına 
müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Icbari tibbi 
sığorta Azərbaycan Respublikasının vətəndaşları üçün ümumidir.

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin