3
Ümumdövlət xidmətləri xərclərinə həmçinin beynəlxalq
təşkilatlara üzvülük
haqları, xarici dövlətlərə iqtisadi yardım xərcləri, elm xərcləri,
başqa
kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri daxildir.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq məhkəmə
hakimiyyətini ədalət məhkəməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Məhkəmə
hakimiyyətinin
Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikasının Ümumi
Məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər.
Azərbaycan Respublikası Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların
Azərbaycan Respublikası Baş Prokuroruna
tabeliyinə əsaslanan vahid
mərkəzləşdirilmiş orqandır. Hüquq mühafizə , təhlükəsizlik orqanlarının və
prokurorluğun məhkəmə hakimiyyəti orqanlarının xərclərinə onların saxlanamsı
xərcləri daxildir.
Idarəetmə aparatının saxlanması xərclərinin tərkibinə əmək haqqı, əmək
haqqına üstəlik, təsərrüfat, ezamiyyət və digər xərclər daxildir.
Illik əmək haqqı fondu əmək haqqının orta aylıq məbləğini
işçilərin orta illik
sayına və 12 aya vurmaqla hesablanır.
Əmək haqqının orta dərəcəsi ştat cədvəli ilə təsdiq olunmuş vəzifə maaşları
üzrə aylıq əmək haqqı fondunu ştat vahidinə bölməklə hesablanır.
Malların alınması və xidmətlərin haqqının ödənilməsi xərclərinə dəftərxana
ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması ,
kommunal, rabitə,enerji və başqa kommunal xidmətləri haqqının ödənilməsi
daxildir.
Işçilərin ezamiyyət
və xidməti səfər xərclərinə, gediş haqqı, əmək haqqına
müxtəlif əlavələr, ezamiyyə hesabına ödənişlər( kirayə haqqı, gündəlik yemək
xərci) və başqa ödənişlər daxildir.
Nəqliyyat xidməti xərclərinə nəqliyyatın saxlanması,
onun cari təmiri, şəxsi
minik avtomobillərindən istifadəyə görə kompensasiya ödənişləri daxildir.
Rabitə xidməti xərclərinə beynəlxalq və digər telefon danışıqları , telefakslar,
poçt xidməti, internet xidməti və digər xidmət ödənişləri daxildir.
Kommunal xidmətləri xərclərinə binanın icarəsi, istilik, enerji , su təchizatı və
digər xidməti ödənişləri daxildir.
Digər cari xərclərdə avadanlıq və inventarın
cari təmiri, işçilərin ixtisaslarının
artırılması və digər xərclər nəzərdə tutulur.
Dostları ilə paylaş: