Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə109/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   105   106   107   108   109   110   111   112   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
126


beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər 
normativ hüquqi aktlarından ibarətdir. 
Əmək pensiyalarının növləri və tərkibi. 
Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 
1.
yaşa görə əmək pensiyası 
2.
əlilliyə görə əmək pensiyası 
3.
ailə başçısını itirməyə görə əmək pensiyası. 
Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 
1.
baza hissəsindən 
2.
sığorta hissəsindən 
3.
yığım hissəsindən. 
Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 
1.
baza hissəsindən 
2.
sığorta hissəsindən 
3.
yığım hissəsindən. 
Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 
1.
baza hissəsindən 
2.
sığorta hissəsindən. 
Azərbaycan Respublikasının qanunları ilə müxtəlif bir pensiya hüququ olan 
şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 
Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri: 
62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı 
olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 
Yaşa görə əmək pensiyasının məbləği 
Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir.
Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla 
müəyyən edilir: 
SH= PS + ( PSK/T)
Burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir. 
KitabYurdu.az 
127


PS- bu Qanunun 27- ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta 
hissəsidir. 
PSK – sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək 
pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır. 
T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 
Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği yaş həddinə uyğun olaraq
aşağıdakı düsturla müəyyən edilir: 
YH = PYK / T 
Burada YH – yaşa görə əmək pensiyasının yığım hissədir 
PYK – sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək 
pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır. 
T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 
Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin