- ağır yaralandıqda – 20 faiz;
- yüngül yaralandıqda – 10 faiz
Məhkəmə və hüquq- mühafizə orqanları işçilərinin dövlət icbari sığortası hər il
dövlət büdcəsindən nəzərdə tutulmuş vəsait hesabına aparılır.
“Bəzi kateqoriyadan olan vətəndaşlara təyin edilən aylıq
və birdəfəlik
müavinətlərin məbləği barədə” Fərmana əsasən:
- valideynlərdən biri şəhid olmuş ailədə hər bir uşağın 16 yaşı ( şagirdlər üçün 18
yaş) tamam olanadək onların hər birinə aylıq müavinət 35 manat məbləğində
müəyyən edilmişdir.
- Çernobil qəzası nəticəsində
I və II qrup əlil olmuş, yaxud vəfat etmiş
valideynlərin uşaqlarına, habelə Çernobil qəzası nəticələrinin aradan qaldırılması
iştirakçılarını dispanser qeydiyyatında olan uşaqlarına hər uşaq üçün aylıq
müavinət 25 manat məbləğində müəyyən edilmişdir.
- “Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin
qəza nəticəsində zərər
çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”
Azərbaycan
Rspublikasının Qanununun 14- cü maddəsində nəzərdə
tutulmuş əlillərə hər il
müalicə ilə əlaqədar olaraq verilən birdəfəlik müavinət 30 manat müəyyən
edilmişdir.
“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının
Qanunu müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti , gizirləri, micmanları
və xidmətindən artıq xidmət edən hərbi qulluqçuları,
habelə müvafiq icra
hakimiyyəti orqanlarının siravi və rəis heyəti, onların
ailələri üçün Azərbaycan
Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir.
Hərbi qulluqçulara əlilliyə görə pensiyalar, onların ailələrinə isə ailə başçısının
itirilməsinə görə pensiyalar, xidmət illərinə görə pensiyalar təyin edilir.
20 il və daha çox hərbi xidmət və ya orqanlarında
xidmət etməyə görə
pensiyanın minimum məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilən minimum əmək haqqının 150 faiz məbləğində təyin edilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sosial sığorta hesabına
müavinət verilir. Bu zaman işçinin iş stajı , həmkarlar təşkilatının üzvü olması da
nəzərə alınır.
Əmək pensiyaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən təyin edilir. Əmək pensiyaları haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı
Dostları ilə paylaş: