Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə107/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   103   104   105   106   107   108   109   110   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
124


Bu tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu kateqoriyada 
olan ailələrin müavinət alması hüquqi forması üçün bəzi hallarda ailənin aylıq 
gəlirinin məbləği nəzərə alınır. 
Dövlət büdcəsi vəsaiti hesabına aşağıdakı müavinətlər ödənilir: 
- uşaq doğulduğu aydan başlayaraq 16 yaşına çatanadək ( 18 yaşınadək təqaüd 
almayan məktəblilər) verilən müavinətlər; 
- işləməyən tədaüdçülərə verilən müavinətlər; 
- uşağın valideyni müddətli hərbi xidmətdə olduğu müddətdə verilən müavinət; 
- müharibə əlillərinin, şəhid ailələrinin uşaqlarına verilən müavinət; 
- 70 yaşından yuxarı tənha , ahıl vətəndaşlara aylıq əlavə müavinət; 
- sosial təqaüdçülərə , Çernobil qəzası əlillərinə , I və II qrup vətəndaşlara aylıq 
əlavə müavinət; 
- 1941- 45 – ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, fədəkar əməyinə görə
orden və medallarla təltif edilmiş vətəndaşlara aylıq müavinətlər. 
Sosial sığorta vəsaitləri hesabına maliyyələşdirilən əsas təminat növü 
vətəndaşların pensiyalarının ödənilməsidir. 
“Məhkəmə və hüquq – mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığorta 
haqqında “ Azərbaycan Respublikasının Qanunu bu işçilərin sosial müdafiəsini 
gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi 
sığorta qaydalarını və şərtlərini müəyyən etmişdir. 
Hər bir məhkəmə və hüquq- mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı 
məbləğində sığorta edilir. 
Sığorta haqqı, işin aparılması üçün sığortaçının xərcləri də nəzərə alınmaqla , 
sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir. 
Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta 
ödənişləri verilir: 
- sığorta olunan məhkəmə və hüquq – mühafizə orqanlarında xidmətdə olduğu 
zaman həlak olduqda ( vəfat etdikdə) 100 faiz; 
- sığorta olunan xidmətdə olduğu zaman aldığı zədələnmə, yaralanma və ya 
xəsarətə görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; 
- sığorta olunana əlillik təyin olunduqda; 
I qrup – 80 faiz 
II qrup – 60 faiz 
III qrup – 40 faiz 
- sığorta olunan:

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin