2
Azərbaycan Respublikasında idarəetmə orqanları sistemi bütün səviyyələrdə
hakimiyyət, qanunvericilik,icra, məhkəmə, prokurorluq və təhlükəsizlik
orqanlarının məcmusunu təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlət hakimiyyəti
sistemi qanunvericilik, icra, məhkəmə hakimiyyətinin bölüşdürülməsi
prinsiplərinə əsaslanır.
Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir.(maddə 81)
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının
Prezidentinə mənsubdur.(maddə 99)
Yerli səviyyələrdə idarəetməni bələdiyyələr həyata keçirir. Bələdiyyələrin qəbul
etdikləri aktlar hüquqa və haqq- ədalətə əsaslanır. Azərbaycan Respublikasının
Konstitusiyasına,
qanunlarına,Azərbaycan
Respublikası
Prezidentinin
fərmanlarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına zidd
olmamalıdır.
Azərbaycan Respublikasında mövcud qanunvericiliyə əsasən dövlət və yerli
idarəetmə orqanlarının saxlanmasına xərclər hər il , optimallıq prinsipinə əsasən
dövlət büdcəsində təsdiqlənir.
Azərbaycan Respublikası Beynəlxalq Təşkilatların üzvüdür və beynəlxalq
təşkilatlara üzvülük haqqı ödəyir. BMT, BVF, Dünya Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankına və digər beynəlxalq təşkilatlara üzvülük haqqı
ödəyir.
2. Ümüumdövlət xidmətləri, qanunvericilik və icra hakimiyyəti, yerli
özünüidarəetmə orqanlarının saxlanması xərcləri.
Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının
saxlanması xərclərinə daxildir: Azərbaycan Respublikasının Milli Məclisi
aparatının, Azərbaycan Respublikası Prezidenti aparatının, Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi aparatının, Azərbaycan Respublikasının Nazirlər
Kabineti aparatının, yerli bələdiyyə orqanlarının, Azərbaycan Respublikasının
Nazirləri, Dövlət Komitələri, baş idarələri və başqa icra orqanlarının mərkəzi
aparatının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aparatının,
Azərbaycan Respublikasının xaricdə olan səfirlik, Konsulluq və başqa diplomatik
nümayəndəliklərinin saxlanması xərcləri.
Dostları ilə paylaş: