29
ki, bununla da yüksək legirli poladların
tətbiqindən
imtina oluna bilər. Üsul poladdan, çuqundan,
alüminiumdan,
manqan və titan ərintilərindən,
bürüncdən,
tuncdan,
bərk ərintilərdən və s.
hazırlanmış detallara tətbiq olunur.
Təcrübələrdən əldə olunmuş məlumatlara əsasən,
səthi plastiki deformasiya üsulu ilə emal olunan
detallar abraziv yeyilməyə qarşı effektli deyildir.
Səthin plastiki deformasiya ilə bərkidilməsi o şəraitdə
səmərəlidir ki, detallar axıcılıq
həddi daxilində
yüklənirlər.
Bərkitmə nəticəsində maşınqayırma üçün səciyyəvi
olan, mürəkkəb formalı detalların dözümlülük həddi 2,
ani gərginlik konsentrasiyası ilə yüklənmiş detallarda
isə 3 dəfəyə qədər artırılır. Həmçinin,
kiçik radiuslu
qaltelləri bərkitməklə, qaltel sahəsinin və valın en
kəsiyinin eyni möhkəmliyini təmin etmək olar.
Səthin
plastiki
deformasiya
ilə
möhkəmləndirilməsi dyirlətmə, qırma axını
və almaz
hamarlama üsulları ilə yerinə yetirilir. Bir sıra detallar
üçün möhkəmləndirmə standartlara görə aparılmalıdır.
Məsələn, dəmiryol nəqliyyatı vasitələrinin resor və
yayları qırma axını, oxları isə diyirlətmə ilə bərkidilir;
bütün gəmilərin üzgəc valı diyirlətmə ilə emal olunur;
dişli çarxların dişlərinin emalında, bu üsulla yanaşı
yüksək tezlikli cərəyan da tətbiq olunur.