F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 1.7. Texniki səthin quruluşu



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə11/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Şəkil 1.7. Texniki səthin quruluşu: 
metal səthin en kəsiyinin 
sxematik təsviri.
 
Maşın detallarının əksəriyyəti əyilmə və burulmaya 
məruz qalır ki, bu zaman səth istiqamətində gərginlik 
artır. Səthdə tökmə və mexaniki emaldan əmələ gələn 
gərginlik konsentrasiyası mövcuddur ki, bu da nazik 


27 
səth qatında gərginliyi 2-3 dəfə artırır. Həmçinin
tribotexniki səthlərdə kontakt gərginlikləri fəaliyyət 
göstərir və detalın yeyilməsi bu gərginliklərin təsiri 
altında səth təbəqəsindən başlayır.
Hissələri yeyilmiş və əsaslı təmirə dayanmış, 
müasir avtomobillərin kütləsi yeni avtomobillə 
müqayisədə 1-2 kq az olur. Buradan belə nəticəyə 
gəlmək olar ki, tribotexniki səthlərdə 1-2 kq 
yeyilməyədamlı bahalı material və ya səthə texnoloji 
proseslər 
tətbiq 
etməklə, 
maşınların 
uzunömürlülüyünü xeyli artırmaq mümkündür. 
Səthdə tələbə uyğun olaraq, friksion və antifriksion 
örtük təbəqələrinin alınması üçün aşağıda verilmiş 
müxtəlif tribotexniki üsullar tətbiq oluna bilər: 
a)
səthin mexaniki möhkəmləndirilməsi; 
b)
səthin termiki bərkidilməsi; 
c)
səthin əridilməsi; 
d)
səthin əridilib legirlənməsi; 
e)
ionla örtmə; 
f)
termokimyəvi emal; 
g)
kimyəvi buxar çökdürmə (CVD); 
h)
fiziki buxar çökdürmə (PVD); 
i)
qalvanik və kimyəvi çökdürmə; 
j)
ərintiyə batırma 
k)
səthə material tökmə
l)
səthə bişirmə; 
m)
termomexniki püskürtmə; 
n)
üstəəritmə; 
o)
sürtünmə ilə örtükçəkmə. 


28 
a, b və c üsulları vasitəsi ilə səthin yalnız 
strukturunu dəyişdirərək onun yeyilməyədavamlılığını 
yüksəldirlər.
d, e və f üsulları vasitəsi ilə səthdə yeni örtük 
materialı və əsas materialın qarışığından ibarət 
qoruyucu təbəqə alınır.
Qeyd olunmuş üsullar haqqında ətraflı məlumatlar 
ayrı-ayrı fəsillərdə veriləcəkdir.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin