44
Şəkil 2.9. Xarici (a) və daxili (b) səthlərin emalı üçün
dinamometrli tutqac.
Yaylı hamarlayıcı tutqacın təsviri aşağıdakı şəkildə
verilmişdir.
Şəkil 2.10. Slindrik və yan səthlərin emalı üçün universal
yaylı tutqac:
1- gövdə, 2- tutqac, 3- yay, 4- lövhə, 5- induktor,
6- sıxıcı yiv.
Səthlərin emalı fırlanan və tərpənməz vəziyyətdə
olan pəstahlarda aparıla bilər.
Buna misal olaraq,
aşağıdakı konstruksiyanı göstərmək olar. Emal
45
zamanı, morze konusuna malik olan bu tutqacı
dəzgahda bərkidərək, detala fırlanma hərəkəti verilir.
Şəkil 2.11. Yuvaların emalı üçün yaylı tutqac:
1- tutqac, 2-
yay, 3- nizamlayıcı yiv.
Formalı və konusşəkilli səthlərin emalı üçün
köcürtmə prinsipinə əsasən detalla deformasiyaedici
element arasında kontakt təmin olunur (şək. 2.12.).
Şəkil 2.12. Formalı və konusşəkilli səthlərin emalı üçün
hamarlama sxemi:
1- hamarlayıcı, 2- mil, 3- gövdə, 4- həlqə,
5, 6, 8- bloklar, 7- kanat, 9- yük.
Qeyri dairəvi səthlərin emalında (yumruqcuq,
ekssenrik və s.) tutqac iki yaya malik olmalıdır (şək.
2.13.). Bunlardan biri (4) hamarlayıcı (1)
oturan mili
(2), digəri (3) isə yastığı (5) sıxır. Qüvvənin qiyməti
vint (6) vasitəsi ilə tənzimlənir.