F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


  Əriməyən volfram elektrodla



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə60/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

6.10. 
Əriməyən volfram elektrodla 
təsirsiz qaz mühitində əritmə 
Əriməyən volfram elektrodla təsirsiz qaz 
mühitində ərtimə üsulunda (TİG- 
T
ungsten 
İ
nert 
G
as) 
yalnız bir qaz axını istifadə olunur ki, onun bir hissəsi 
yüksək tezlikli cərəyanın təsirindən plazma halına 
keçərək elektroqövs yaradır və qalan hissəsi isə ərimiş 
materialı atmosferin mənfi təsirlərindən qoruyur. 
Burada qoruyucu qazın əsas həcmində təsirsiz qazlar 
tətbiq olunur və yanma prosesini yaxşılaşdırmaq üçün 
bu qazlara əlavələr də oluna bilər. Təsirsiz qaz kimi-
əsasən arqon, helium və ya onların qarışığı istifadə 
olunur. Volfram elektrodu və ərimiş materialı 
atmosferin mənfi təsirlərindən qorumaq üçün, qaz 
axınının minimal həcmi müəyyənləşdirilir. 
Əriməyən volfram elektrodla təsirsiz qaz 
mühitində əritmə qurğusunun ümumi görünüşü 
aşağıdakı şəkildə verilmişdir. 


127 
Şəkil 6.14. Əriməyən volfram elektrodla təsirsiz qaz 
mühitində emal (TIG) zamanı tətbiq olunan qurğunun 
ümumi görünüşü. 
Əriməyən volfram elektrodla təsirsiz qaz 
mühitində emal zamanı cərəyanın qiyməti 5-500A 
hədlərində tətbiq olunur. Gərginliyin qiyməti isə 
enerjinin dəyişməsindən asılı olaraq avtomatik 
tənzimlənir. Cərəyanın yüksək qiymətlərində yandırıcı 
başlığın qaz ilə lazımi temperatura qədər soyuması 
təmin oluna bilmədiyindən, onu əlavə olaraq qapalı su 
sistemi ilə soyudurlar.


128 
 
Şəkil 6.15. Əriməyən volfram elektrodla təsirsiz qaz 
mühitində əritmə əməliyyatının sxematik təsviri.
Əriməyən volfram elektrodun diametri onun 
yüklənmə dərəcəsindən asılı olaraq, 1,5-6,0mm qəbul 
olunmuşdur. Elektrik qövsünün alışması volfram 
elektrodun materiala toxunması ilə deyil, əsasən 
yüksək tezliyə və ya yüksək gərginliyə malik 
cərəyanın hesabına axan qazın ionlaşması ilə baş verir.
Material 
Cərəyan 
mənbəyi 
Elektroişıq qövsü 
Qaynaq tikişi 
Qoruyucu qaz ucluğu 
Təsirsiz qaz 
Cərəyan kontaktı 
Volfram elektrod 
Əlavə əridilən material 


129 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin